Mojo.az Banner
12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Vaksinlərin qadınlarda bu təsirləri aşkarlandı – ARAŞDIRMA

11.03.2021 22:10 1 005
Vaksinlərin qadınlarda bu təsirləri aşkarlandı – ARAŞDIRMA
“Evening Standard”ın hesabatına görə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları ölkədə vaksinasiya olunan 13 milyon 700 min insanın məlumatlarını təhlil edib.

Median.Az bildirir ki, tədqiqatçılar peyvənd vurulduqdan sonra təxminən 7000 nəfərin baş ağrısı, yorğunluq, başgicəllənmə və bu kimi problemlərlə qarşılaşdığını bildirib. İlk 13 milyon 700 min doza peyvəndin 61 faizi qadınlara tətbiq edilib. Bildirilib ki, peyvənd olunan qadınların 79 faizi onun əks təsirləri ilə üzləşib.

Pensilvaniya Kollecinin mütəxəssisi Şelli Kendefi “The New York Times”a verdiyi açıqlamada qeyd edib ki, vaksinasiyadan dərhal sonra özünü yaxşı hiss edib, ancaq bir müddət sonra bədəni buz kimi soyuq olmasına baxmayaraq, tərləyib.

Kendefi vaksinasiyadan sonra 7 xanım həmkarının 6-nın vücudlarının müxtəlif yerlərində ağrılar, titrəmə və yorğunluq kimi simptomlar olduğunu deyib. Lakin digər 8 kişi həmkarında sadəcə baş ağrısı müşahidə olunub.

Cons Hopkins Blumberq Xalq Sağlamlığı Məktəbinin mikrobioloqu və immunoloqu Sabra Kleyn araşdırmanın nəticələri ilə razılaşdığını və heç də təəccüblənmədiyini deyib. O, digər xəstəliklər üçün istifadə edilən peyvəndlərin də qadınlarda daha çox əks təsiri olduğunu vurğulayıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin İmmun Təhlükəsizliyi Ofisi rəsmisi Culiana Gi qadınların müxtəlif vaksinlərə daha çox reaksiya göstərdiklərini qeyd edib:

“Qadınlar daha yüksək risk altındadır, lakin vaksinlərin əks təsirlərindən narahat olmayın. Bu vəziyyət qadınların vaksinə daha güclü immun cavab verdiyini və daha güclü müqavimət qazandığını göstərir”.

2013-cü ildə aparılan araşdırmalarda da elm adamları donuz qripi peyvəndinə qarşı qadınların kişilərə nisbətən daha çox reaksiya göstərdiyini açıqlamışdı. 1990-2016-cı illərdə peyvəndləri əhatə edən başqa tədqiqatlarda da qadınların 80 faizində allergik reaksiyalara rast gəlindiyi bildirilib.//publika.azскачать dle 11.3
Mojo.az Banner