Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

“210 cəsədin kimliyi müəyyən edilməyib” - Erməni nazir

11.03.2021 20:12 996
“210 cəsədin kimliyi müəyyən edilməyib” - Erməni nazir
Qarabağ müharibəsində məhv edilmiş bəzi erməni hərbçilərin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

Bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan deyib. Onun sözlərinə görə, bu, bəzi əsgərlərin qalıqlarının həddən artıq zərər görməsi ilə əlaqədardır.

"Bizdə heç olmasa bir dəfə müayinə olunmayan nümunə qalmayıb. Təəssüf ki, bəzi hallarda ciddi zərərlər səbəbiylə DNT analizi mümkün olmayacaq. Yüksək səviyyəli xarici institutların mütəxəssisləri ilə əlaqə saxlayırıq və kompleks tədqiqatlar aparırıq", - Avanesyan əlavə edib.

Onun sözlərinə görə, kimliyi bilinməyən çox qalıq olmayacaq. Nazir, həmçinin mediada və sosial şəbəkələrdə aralarında azərbaycanlı əsgərlərin də ola biləcəyi qalıqların dəfn edilməsi üçün kütləvi məzarlığın yaradılması barədə yayılan şayiələri təkzib edib.

Avanesyan bildirib ki, bu anda təxminən 210 nümunənin araşdırılması üçün qarşımızda çətin iş dayanır. Ümumilikdə, DNT analizindən istifadə edilməklə 2200-dən çox şəxsin kimliyi müəyyən olunub.

"DNT analizini keçmiş 2400 nümunə var idi ki, bunlardan 180 nəfərlə bağlı cavab gözləməyə davam edirik", - Avanesyan vurğulayıb. /Azvision.azскачать dle 11.3
Mojo.az Banner