Mojo.az Banner
18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda peyvənd olunmamış şəxslərin poliklinikalara girişi qadağandır? - AÇIQLAMA + FOTO

11.03.2021 16:01 2 394
Sumqayıtda peyvənd olunmamış şəxslərin poliklinikalara girişi qadağandır? - AÇIQLAMA + FOTO
Son günlər sosial şəbəkələrdə 50 və daha yuxarı yaş qruplarından olan insanların poliklinikalara girişinə məhdudiyyət qoyulması ilə bağlı məlumatlar paylaşılıb.

“Yeni qayda”nın isə Sumqayıt şəhərində fəaliyyət göstərən 2 nömrəli şəhər poliklinikasında tətbiq edildiyinə dair fotolar yayılıb.

Yayılan fotolarda iddia edilir ki, poliklinikanın girişində üzərində “Koronavirusa qarşı peyvənd olunmamış 50 yaşdan yuxarı şəxslərin həkimlərin kabinetinə daxil olması məhdudlaşdırılır” yazılan elan asılıb.

Bəs görəsən belə bir elanın asılmasını kim tələb edib? 50 yaş və yuxarı şəxslərin başqa xəstəliyi ola bilməzmi?

Geniş müzakirələrə səbəb olan həmin elanın yerləşdirilməsinin səbəblərini öyrənmək üçün Sumqayıt Şəhər Səhiyyə Şöbəsinə sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıxova bildirib ki, bu addım yaranan uzun növbələrin qarşısının alınması üçün atılıb:

“Şəhər sakinləri arasında vaksin vurulmamış 50 yaş və daha yuxarı yaş qrupuna daxil olan insanların müayinəsi heç bir halda məhdudlaşdırılmayıb. Bu, vətəndaşları könüllü şəkildə vaksinasiya prosesinə cəlb etmək üçün atılan təbliğat xarakterli addımdır. Bu gün şəkər xəstələri kabinetlərin qarşısında sıxlıq yaradır. Bu növbə uzandıqca da öz-özlüyündə virusa yoluxma hallarının artmasına səbəb ola bilir”.


скачать dle 11.3
Mojo.az Banner