Mojo.az Banner
23:01 Suriyada amerikalı hərbçilər və tərcüməçi öldürülüb, yaralılar var  |     22:55 Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:45 Astarada gəlin qayınanası və baldızını qaynar çayla yandırdı  |     22:28 Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - VİDEO  |     22:19 Masazırın illərdir yararsız vəziyyətdə olan yolları: Problem niyə həllini tapmır?  |     22:10 Erməni spiker iştirakçımıza uğurlar arzuladı - VİDEO  |     21:57 “Uşaq Avroviziyası 2025” müsabiqəsinin finalı başlayıb  |     21:36 Xəzər dənizində zəlzələ baş verib  |     21:25 Tahir İmanov 26 minlik plaşı ilə gündəmə gələn icra başçısını parodiya etdi - VİDEO  |     21:13 Yanğında anasını itirən Ləman palataya köçürüldü  |     21:02 Ağadadaş Ağayev: "Qurban Qurbanovdan incimişəm, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim"  |     20:52 Taksi sürücüsü həbs edildi - Hava limanından müştəri götürübmüş  |     20:32 Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi (VİDEO)  |     20:10 Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA  |     19:48 Moskva yaxınlığında təyyarə qəzaya uğrayıb  |     19:15 Lukaşenko 123 məhbusu əfv edib  |     18:46 Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU  |     18:23 Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü (Video)  |     18:08 La Liqada ən bahalı futbolçuların adı məlum oldu  |     17:49 Azərbaycan boksçusu ermənəsilli rəqibinə qalib gələrək dünya çempionu oldu  |    
Left Banner
Right Banner

Azərbaycanın Xalq rəssamı vəfat edib

10.03.2021 14:08 606
Azərbaycanın Xalq rəssamı vəfat edib
Azərbaycanın Xalq rəssamı dünyasını dəyişib.

“Report”un məlumata görə, Mirnadir Zeynalov 79 yaşında vəfat edib.

Qeyd edək ki, Mirnadir Mirəli oğlu Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində anadan olub. 1963-сü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib.

Mirnadir Zeynalov 1970-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlardandır. O, 1976-ci ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb. Hindistanda yaradıcılıq ezamiyyətində olan rəssamın 1985-1987-ci illərdə bu ölkəyə həsr olunmuş iki fərdi sərgisi keçirilib. M.Zeynalovun Hindistan mövzulu əsərləri arasında “Çay kənarı”, “Hind məbədi”, “Hind həyəti” və s. mənzərələri, habelə “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” və digər portretləri maraq doğurur.

Fırça ustasının əsərlərində Abşeronun sərt təbiəti, mənzərələri mühüm yer tutur. Yaradıcılığının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlayan rəssam realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretlərini çəkib. Onun kompozisiyalarında kollaj və instalyasiya elementləri də aparıcı mövqeyə malikdir.

M.Zeynalov Hindistan, Şri-Lanka, İran, İraq, Misir, İtaliya, Malta və s. ölkələrə səyahət edib, xalqların qədim inancları və ənənəvi simvolları ilə tanış olub. Gördüklərini yeni yaradıcılıq üslubunda, özünəməxsus şəkildə təqdim edə bilib.

Gürcüstan, ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Bolqarıstan və s. ölkələrdə baş tutan sərgilərdə iştirak edən sənətkar bir sıra beynəlxalq incəsənət layihələrində də təmsil olunub. O, Londonda təqdimatı olan “Bakıya uçuş. Azərbaycanın müasir incəsənəti” (“Fly to Baku. Contemporary art from Azerbaijan”) beynəlxalq layihəsinin fəxri iştirakçısı olub. Sənətkarın əsərlərinin də yer aldığı bu səyyar sərgi (2012-2013) Heydər Əliyev Mərkəzi (Bakı), İncəsənət Tarixi Muzeyi (Vyana, Avstriya), XXI əsr Müasir İncəsənət Muzeyi (Roma, İtaliya), “MeCollektor Room” Qalereyası (Berlin, Almaniya) və s. sənət ocaqlarında nümayiş olunub.

M.Zeynalov SSRİ İncəsənət Akademiyasının diplom və medallarına layiq görülüb. Rəssam 1989-cu ildə Bakıda keçirilən “Xəzəryanı ölkələrin rəssamlarının bienallesi”ndə bürünc medalla mükafatlandırılıb, “Təsviri sənətdə nar obrazı” beynəlxalq müsabiqəsində qalib olub.

M.Zeynalovun əsərləri Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Rusiya Rəssamlar İttifaqında, Rusiya Mədəniyyət Nazirliyində, Rusiya Bədii Fondunda və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Onun tabloları 2013-2014-cü illərdə “Sotbis” (London) hərracına da çıxarılıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Yeni Era" Dünya Sənət Akademiyasının həqiqi üzvü olan tanınmış fırça ustası 1992-ci ildə respublikanın Əməkdar rəssamı, 2006-cı ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü olub.скачать dle 11.3