Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qızıl yatağı əlavə kapital qoyulmadan istismar olunacaq

09.03.2021 15:06 1 737
Azərbaycanda qızıl yatağı əlavə kapital qoyulmadan istismar olunacaq
“Mərəh” qızıl yatağında istismarla bağlı işlərə cari ilin ortalarında start verilməsi planlaşdırılır.

Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, “Ağyoxuş” yatağının hasilata hazırlıq işləri çərçivəsində “Mərəh” yatağı üzrə də inzibati ərazi, müvəqqəti tikililərin hazırlanması, eləcə də abadlıq işləri yerinə yetirilib.

Əlavə edilib ki, “Mərəh” yatağı ərazisində mövcud ehtiyatların və perspektiv resursların qiymətləndirilməsi məqsədi ilə 2019-2020-ci il ərzində buruq-qazma işləri icra edilib. Həmin işlərin nəticəsində götürülmüş nümunələr Avstraliyanın beynəlxalq nüfuzlu “ALS Global” laboratoriya şirkətinin Türkiyə nümayəndəliyində analiz edilib. Yerin təkində olan ehtiyatlar beynəlxalq məsləhətçi şirkət tərəfindən qiymətləndirilib. Geoloji işlərlə yanaşı, yataq üzrə kompleks çöl və tədqiqat işləri aparılıb, sözügedən yataq üzrə filizlərin emalı üçün optimal metallurji texnoloji emal sxemi müəyyən edilib. Bununla yanaşı, yataq üzrə ekoloji monitorinq işləri aparılıb və müvafiq hesabatlar əldə olunub. Yatağın açıq karxana üsulu ilə istismarı üçün konseptual sxem hazırlanıb.

Yataqdan hasil ediləcək filizlərin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin maddi-texniki resurslarından istifadə edilməklə emal edilməsi planlaşdırılır. Beləliklə, miqyasına görə nisbətən kiçik hesab edilən və ayrılıqda iqtisadi səmərəsizlik riski daşıyan “Mərəh” qızıl yatağı əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismar olunacaq. Nəticədə sözügedən yatağın iqtisadi səmərəliliyi təmin ediləcək.

Xatırladaq ki, “Mərəh” qızıl yatağı “AzerGold” QSC-nin geoloqları tərəfindən 2018-ci ildə Göygöl və Daşkəsən rayonlarının sərhədində aşkar edilib. Yataq “Çovdar” sahəsinin şimal-şərqində yerləşir.скачать dle 11.3
Mojo.az Banner