Mojo.az Banner
20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Vergi Xidməti məşhur iş adamını məhkəməyə verdi – Xalqlar Dostluğu TM, Şadlıq Evləri, Restoranlar, Tikintilər

09.03.2021 14:57 996
Vergi Xidməti məşhur iş adamını məhkəməyə verdi – Xalqlar Dostluğu TM, Şadlıq Evləri, Restoranlar, Tikintilər
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti “Şahinlər” MMC barəsində məhkəmə iddiası qaldırıb.

Məhkəmənin hazırlıq iclası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin sədrliyi ilə 18 fevral tarixində keçirilib. Məhkəmə baxışı isə mart ayının 3-də baş tutub və növbəti iclas aprel ayının 13-ə təyin edilib.

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə “Şahinlər” MMC hazırda dövlət büdcəsinə böyük həcmdə - 2 milyon 763 min 526 manat 36 qəpik vergi borcu var.
"Şahinlər" MMC 27.06.1994-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nizami rayonu, Bəhruz Nuriyev, ev 22-də yerləşən MMC-nin nizamnamı kapitalı 30 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Bayramov Elməddin Nəbi oğludur.

Qeyd edək ki, “Şahinlər” MMC-nin Nizami rayonu, Bəhruz Nuriyev küçəsində qeydiyyatda olan “Nyu Sfera Şirkətlər Qrupu”na daxil olduğu və tikinti sektorunda fəaliyyət göstərdiyi qeyd olunur. Bu barədə məlumat “Nyu Sfera Şirkətlər Qrupu”nun veb-səhifəsində də (nyusfera.com) qeyd olunub.

“Nyu Sfera Şirkətlər Qrupu”nun rəhbəri isə azərbaycanın tanınmış iş adamlarından biri olan Quliyev İman Nəsurulla oğludur.

İman Quliyevin Azərbaycanda çoxsaylı biznesə sahib olduğu barədə məlumatlar şirkətin rəsmi veb-səhifəsində yer alıb. “Nyu Sfera Şirkətlər Qrupu”nun Azərbaycanın biznes sahəsində 1992 ci ildən fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, şirkət təmir-tikinti, xidmət, turizm, nəqliyyat və digər sahələrdə müvəffəqiyyət əldə edib. Şirkətlər qrupa “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art” MMC, “Nyu Sfera Ticarət” MMC, “Nyu Spera Ltd” MMC, “A.R. Kommersiya” MMC və “Şahinlər” MMC daxildir. Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı - “Romance Palace-1”, “Romance Palace-2", “Şərq Saray” və “Yay” restoranı var. İsmayıllı rayonundakı “Green House” turizm mərkəzi də İman Quliyevə məxsusdur. “Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində “Yeni Zığ Yaşayış Kompleksi” inşa edir.

İman Quliyevin rəhbərlik etdiyi “Politon” MMC isə Azərbaycanın ən böyük metaləritmə və metal məmulatı istehsalı müəssisəsi olan “Baku Steel Company” MMC-nin 50%-nə nəzarət edir. Qeyd edək ki, “Baku Steel Company” MMC-nin direktoru Rasim Məmmədov bu yaxınlarda həbs olunub. (Yeniavaz.com)скачать dle 11.3
Mojo.az Banner