Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Prokurorluq Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi barədə məlumat yaydı - YENİLƏNİB + VİDEO

09.03.2021 12:08 2 955
Prokurorluq Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi barədə məlumat yaydı - YENİLƏNİB + VİDEO
Azərbaycan Respublikası Baş Prokurorluğu Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsini təsdiq edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, Ə.Əhmədov prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

* * * * *

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Onu da bildirək ki, Ə.Əhmədovun qardaşı Əvəz Əhmədovun da adı qalmaqalda hallanıb. İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. Ə.Əhmədov H.Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə H.Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracağını söz verib və buna görə də o sərbəst buraxıb.

İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Məhkəmə hökmünə əsasən, Əvəz Əhmədovun barəsində iki min manat cərimə cəzası müəyyən edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.скачать dle 11.3
Mojo.az Banner