Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

COVİD 19-dan sağalanlarda yeni xəstəlik ortaya çıxır - HƏYƏCAN TƏBİLİ

04.03.2021 21:55 1 050
COVİD 19-dan sağalanlarda yeni xəstəlik ortaya çıxır - HƏYƏCAN TƏBİLİ
COVİD-19 infeksiyası ağciyərlərin pnevmoniyası səbəblərindən biridir.

Bunu milli.az-a açıqlamasında həkim-pulmonoloq Günay Əliyeva deyib.

Pulmonoloq bildirib ki, pnevmaniyanın fərqli xüsusiyyətləri koronavirus infeksiyası zamanı qarşımıza çıxan bir sıra dəyişikliklərə bağlıdır:

"Ağciyərlərin pnevmoniyası çox geniş yayılmış ağciyər potologiyasıdır və müxtəlif səbəblər nəticəsində yarana bilir. Ağciyərlərin pnevmoniyası viral infeksiyaların ağırlaşması kimi də ortaya çıxır. COVİD-19 zamanı yaranmış pnevmaniyanın fərqli xüsusiyyətləri koronavirus infeksiyası zamanı qarşımıza çıxan bir sıra dəyişikliklərə bağlıdır. Bu səbəbdən digər pnevmoniyalarda olduğu kimi ortaya çıxa biləcək fəsadlar həm pnevmoniyanın gedişinin ağırlığına bağlı, həm də ki digər orqan və sistemləri zədələyici təsirindən asılıdır.

Bu pnevmoniyalar zamanı rast gəlinən əsas ağırlaşma ağciyərlərin fibrozudur ki, bu da xəstənin uzun müddət oksigenterapiyaya ehtiyacının olması ilə nəticələnir. Xəstə COVİD 19-dan sağalsa da, yeni bir xəstəlikdən, ağciyərlərin fibrozundan əziyyət çəkir. Onun müalicəsində antifibrotik terapiyaya, fizioterapiya da ehtiyac yaranır".скачать dle 11.3
Mojo.az Banner