Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:17 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var | 13:13 Azərbaycan nefti ucuzlaşıb | 23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

Onlayn tədris proqramında yeni funksiya işə salınıb

04.03.2021 12:44 954
Onlayn tədris proqramında yeni funksiya işə salınıb
Azərbaycanda daha çox onlayn tədris məqsədilə istifadə olunan “Microsoft Teams” servisində yeni funksiya işə salınıb.

“Kommersant” nəşrinin məlumatına görə, artıq proqram üzərindən min nəfərədək şəxsin iştirakı ilə interaktiv vebinarların keçirilməsi mümkündür.

Proqramda həmçinin vebinarlar üçün nizamlanan qeydiyyat, genişləndirilmiş təqdimat imkanları, çat və ya videonun söndürülməsi, eləcə də vebinar haqqında hesabatın hazırlanması funksiyaları da tətbiq olunub.

Əgər onlayn tədbirdə iştirakçıların sayı mindən çox olarsa, o zaman “yalnız baxış üçün” rejiminə keçməklə 20 minədək auditoriyanı əhatə etmək olar.

Qeyd edək ki, “Microsoft” sözügedən yenilikləri “Ignite 2021” sərgisi çərçivəsində nümayiş etdirib.

Son xəbərlər