Mojo.az Banner
17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Hər 4 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkəcək

03.03.2021 23:41 867
Hər 4 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkəcək
Dünyada hər dörd nəfərdən biri 2050-ci ilə qədər eşitmə problemi yaşayacaq.

Median.Az
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəbərdarlıq edilib.

Bildirilib ki, bu istiqamətdə profilaktika və müalicəyə daha çox sərmayə qoyulmalıdır.

Eşitmə ilə bağlı ilk dəfə hazırlanan qlobal hesabatda qeyd olunur ki, eşitmə problemlərinin geniş yayılmış səbəbləri infeksiyalar, xəstəliklər, doğuş qüsurları, səs-küyə məruz qalma və həyat tərzi seçimləridir.

Məruzədə il ərzində bir nəfər üçün 1,33 ABŞ dolları tələb olunacağı təxmin edilən tədbirlər paketi də təklif olunur. Üstəlik, problemin düzgün həll edilməməsi səbəbindən hər il təqribən bir trilyon ABŞ dollarının itirildiyi təxmin edilir.

Məlumata görə, hazırda dünyada hər beş nəfərdən birində eşitmə problemi var. Bu rəqəm növbəti üç onillik ərzində 1,5 dəfədən çox arta bilər.

Eşitmə problemlərinin əsas səbəbi xüsusilə az gəlirli ölkələrdə onları müalicə edəcək mütəxəssislərin azlığı və səhiyyə xidmətinin çatışmazlığıdır. Eşitmə zəifliyi olan insanların təxminən 80 faizi bu ölkələrdə yaşadığından, əksəriyyəti ehtiyac duyduqları yardımı almır. Məruzədə deyilir ki, şəraiti daha yaxşı olan zəngin ölkələrdə belə, səhiyyə xidmətlərinə çıxış qeyri-bərabərdir. (publika.az)скачать dle 11.3
Mojo.az Banner