Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Virus infeksiyasına qarşı yeni burun spreyi hazırlanıb

03.03.2021 23:30 1 365
Virus infeksiyasına qarşı yeni burun spreyi hazırlanıb
Virusla mübarizədə peyvənd qədər əhəmiyyətli olan vasitələrdən biri də onu öldürən və yoluxmanın çoxalmasının qarşısını alan farmokoloji birləşmələr və dərmanlardır. Son günlər bu sahədə nəticələri heyvanlar üzərində uğurla yekunlaşan təqdimat aparılıb.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin dediyinə görə, yeni hazırlanan dərman vasitəsi virusla mübarizədə böyük bir uğurun başlanğıcı ola bilər: "Aparılan tədqiqat nəticəsində aşkar olunub ki, burun spreyi şəklində həmin birləşmələri alan heyvanlar tam şəkildə virusdan qorunurlar. Elmi tədqiqatın metodik hissəsində bu barədə daha geniş və aydın izah edilir. Bu cür burun spreylərinin pandemiya bitənə qədər insanlar arasında tətbiq edilməsi üçün tədqiqatların nəticəsini gözləmək lazımdır".

Tədqiqatlar nəticəsində məlum olub ki, bu birləşmə 24 saat heyvanların ağciyərlərində qalır, orada effektli təsir göstərir və hətta müəyyən qədər qana keçir. İki dəfə sprey vurulmuş heyvanları 6 saat sonra virusa yoluxmuş heyvanlarla eyni yerə toplayıblar. Nəticədə birləşmə tətbiq edilən heyvanlarda virusdan müdafiə 100 faiz olub.

Azərbaycanlı alim deyib: "Peyvəndin tətbiqi pandemiya ilə mübarizədə çox əhəmiyyətlidir və onun aradan qaldırılması üçün vacibdir. COVID-19 isə pandemiyadan əvvəl də olub və bundan sonra da olacaq. Bunu nəzərə alaraq qeyd etmək lazımdır ki, bu cür burun spreylərinin tətbiqi gələcəkdə çox faydalı olacaq".

Gələcəkdə sağlam insanın virusa yoluxmuş şəxslə təmasda olması faktı aşkarlanarsa, həmin spreydən 24 saat müddətində istifadə etmək nəzərdə tutulur. Tədqiqatın digər maraqlı nəticəsi isə yeni virus ştammlarna, xüsusilə də "Britaniya ştammı"na qarşı effektivliyinin sübut olunmasıdır.скачать dle 11.3
Mojo.az Banner