Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda "Azərsığorta"da ağlagəlməz fırıldaq - departament müdiri fotoşopla 22 mini ələ keçirib - FOTOFAKT

22.02.2021 18:20 1 635
Bakıda
Bakıda sığorta şirkətinin departament müdiri maraqlı bir əmələ ət atıb. Baş verən qəzada dəymiş zərəri şişirtmək üçün saxtakarlığa edib.

Musavat.com xəbər verir ki, söhbət "Azərsığorta” dövlət sığorta şirkətinin departament müdiri Xəyyam Hətəmovun əməllərindən gedir.

Məlumata görə X.Hətəmov xidməti fəaliyyəti ilə əlaqədar yaranan borcu ödəmək üçün bu yola əl atıb. Tanışı olan qadının avtomobilinə dəymiş ziyanı fotoşop proqramı ilə dəyişib.

Belə ki, Xəyyam Hətəmov “Azərsığorta”nın Sumqayıt filialının müdiri olarkən tanışı Ülviyyə Məmmədovanın idarə etdiyi 90 OU 777 dövlət nömrə nişanlı “Chevrolet Captiva” markalı avtomobil qəza törədib.

Həmin ərəfədə X.Hətəmov "Azərsığorta"nın filial müdiri olub. Bir müddət sonra o Baş İdarədə Qəza hallarının araşdırılması departamentinin müdiri təyin olunub.


Kasko sığortası "Azərsığorta"da olan Ü.Məmmədovaya məxsus “Chevrolet” markalı avtomobilin qəzadan sonra çəkilmiş fotosu üzərində fotoşopla montaj işləri aparılaraq zərər 22 min manat göstərilib.


Xəyyam Hətəmov buna görə şirkətin hesabında işçisi Ülviyyə Məmmədovanın bank hesabına 22 min manat ödəniş edib.

İşin maraqlı tərəfi budur ki, həmin zaman Xəyyam Hətəmovun xidməti fəaliyyətlə bağlı “Azərsığorta”ya 23 min manat debitor borcu olub.

Fotoşoplu şəklə görə bank hesabına 22 min manat ödənilən işçisi Ülviyyə Məmmədova isə məhz bundan sonra Baş idarədə Mühasib köməkçisi olub.скачать dle 11.3
Mojo.az Banner