Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Müdafiə Nazirliyindən Nəcməddin Sadıqovla bağlı AÇIQLAMA

22.02.2021 14:45 1 299
Müdafiə Nazirliyindən Nəcməddin Sadıqovla bağlı AÇIQLAMA
Bəzi elektron media resurslarında özünü "döyüşçü prokuror" adlandıran Fərman Rzayev tərəfindən Vətən müharibəsi dövründə ordumuzun itkiləri və Müdafiə nazirinin fəaliyyəti ilə bağlı əsassız və həqiqətə uyğun olmayan fikirlər səsləndirilib.

Median.Az
demokrat.az-a istinadən bildirir ki, Azərbaycan Ordusunun həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatı nəticəsində düşmən qat-qat çox itkilərə məruz qalıb:

"Müdafiə naziri müharibə başlayan ilk gündən Ali Baş Komandanın rəhbərliyi altında keçirilən döyüş əməliyyatları zamanı qoşunların idarə edilməsini birbaşa həyata keçirib.

Döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən general-polkovnik Zakir Həsənov "Zəfər" ordeni ilə təltif edilib.

Bir daha kütləvi informasiya vasitələrini, eləcə də elektron media resurslarını əsassız, həqiqətə uyğun olmayan və rəsmi şəkildə təsdiqlənməyən məlumatları tirajlamaqdan çəkinməyə çağırırıq".

Qeyd edək ki, uzun illər hərbi və mülki prokurorluq sistemində çalışan, "döyüşçü prokuror" olaraq təqdim edilən Fərman Rzayev öz müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Necməddin Sadıqov və digər vəzifəli şəxslər barəsində müxtəlif ittihamlar səsləndirib.скачать dle 11.3
Mojo.az Banner