Mojo.az Banner
15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı sakinini küçədə qətlə yetirən mütəşəkkil dəstənin məhkəməsi başlayır

08.02.2021 13:39 2 232
Bakı sakinini küçədə qətlə yetirən mütəşəkkil dəstənin məhkəməsi başlayır
Bakıda qətl hadisəsi törədən dəstənin işi üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, qətl hadisəsini törətməkdə təqsirləndirilən Bakı şəhər sakinləri - Ramil İsrafilov, Tural Şirinov və Rauf Hənifəyevin barəsində olan cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

İttihama görə, ötən il iyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci polis bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rauf Hənifəyev və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Ramil İsrafilov saxlanılıblar.

İstintaq araşdırması zamanı məlum olub ki, hadisə həmin gün, saat 21:00-da Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsində baş verib.

Belə ki, bu qətl hadisəsindən iki gün əvvəl Cəlal Hüseynovla narkotik asılılığı olan Tural adlı şəxs arasında münaqişə yaranıb.

İyunun 17-də Tural Cəlal Hüseynovla münasibətləri yenidən qaydasına salmaq qərarına gəlib və M.Əliyev küçəsində onunla görüş təyin edib.

Tural adlı şəxs ora tək gəlməyib. O, tanışları Ruaf Hənifəyev və Ramil İsrafilov ilə birlikdə həmin ünvana gəlib.

Bu vaxt tərəflər arasında dava başlayıb, Rauf Hənifəyev Cəlal Hüseynova qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib.

Qeyd edək ki, Rauf Hənifəyev əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunub.

Bundan əlavə, o, oğurluq və soyğunçuluğa görə də həbsdə olub.

Ramil İsrafilov isə əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib.скачать dle 11.3
Mojo.az Banner