Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Peru televiziyasında II Qarabağ müharibəsinin nəticələri barədə danışılıb

02.02.2021 13:55 1 911
Peru televiziyasında II Qarabağ müharibəsinin nəticələri barədə danışılıb
Perunun dövlət televiziyası olan “TV Peru” kanalında Vətən müharibəsinin yekunları ilə bağlı reportaj efirə gedib.

Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, verilişdə hərbi əməliyyatlar nəticəsində Azərbaycanın Ermənistanın hərbi işğalı altında olan əraziləri azad etdiyi və tərəflər arasında 10 noyabrda imzalanmış bəyanat barədə məlumat verilib.

Telekanalın Perudakı səfirimiz Məmməd Talıbovla olan müsahibəsinə də istinad edildiyi reportajda azad olunmuş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə dağıdıldığı və bu ərazilərdə illər öncə etnik təmizləməyə məruz qalmış 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün yenidən öz doğma yurdlarına qayıtmaları üçün hazırda Azərbaycan tərəfindən zəruri infrastrukturun bərpa edilməkdə olduğu bildirilib.

Səfir müsahibəsində aparıcının sualına cavab olaraq müharibə zamanı əsir düşmüş hərbçilərin qarşılıqlı olaraq dəyişdirildiyini, hazırda Azərbaycan tərəfindən saxlanılan qeyri-qanuni erməni silahlılarının isə atəşkəs bəyanatı imzaladıqdan sonra həbs edildiyini, bu şəxslərin qisascı qüvvələrə xidmət edən diversantlar olduğunu və Azərbaycan ərazisində terror aktları törətməyə cəhd etdiklərini qeyd edib.

Veriliş zamanı aparıcı həmçinin, 20 Yanvar faciəsi və Azərbaycanın 1991-ci ildə xalqımızın əzmkar iradəsi sayəsində müstəqillik əldə etməsi haqda məlumat verib.скачать dle 11.3
Mojo.az Banner