Sabah Binəqədinin bir hissəsində qaz olmayacaq
Bu barədə "Report"a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, fasiləyə səbəb rayonun DSK yolu adlanan ərazisində yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 mm olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin icra edilməsidir.