Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilər Kəlbəcərə gedən maşın karvanının qarşısını kəsdilər- VİDEO

30.01.2021 13:24 2 106
Ermənilər Kəlbəcərə gedən maşın karvanının qarşısını kəsdilər- VİDEO
Rusiya sülhməramlıların yeni hoqqaları Azərbaycanı hövsələdən çıxarır

Bir neçə gün əvvəl Kəlbəcər rayonunun (keçmişdə Ağdərənin) Heyvalı (Drmbon) kəndinin erməni sakinləri Azərbaycana aid maşın karvanının qarşısını kəsərək, Rusiya sülhməramlıların generalına bildirmişdilər: "Azərbaycan Kəlbəcər yolundan istifadə etməklə Vardenis istiqamətində dövlət sərhədini açmasa, Ağdərə yolundan Azərbaycan maşın karvanlarının istifadəsinin qarşısı alınacaq".

Erməni gədələrin hədəsi keçərli oldu. Azərbaycan maşın karvanlarının hətta sülhməramlıların müşayəti ilə də keçməsinə imkan verilmədi.

Ermənilər Azərbaycan dövlət nömrə nişanlı avtomobillərin Azərbaycan bayrağı ilə hərəkətinə imkan vermədilər. Burda deyiblər ki, “dad yarımçıq əlindən”. Yarımçıq işin nəticəsi budur. Xankəndi bizim yarımçıq işimizdir və biz hələ də torpaqlarımızda sərbəst hərəkət edə bilmirik.

Azərbaycan tərəfi bu hadisəyə sakit qalmamalıdır. Təcili Laçın dəhlizi istiqamətində dövlət sərhədinə nəzarət edəcəyini bildirib, hərəkətə keçməlidir. Rusiya sülhməramlılarının heç bir iradı bu situasiyada qəbulolunan deyil. 27 illik atəşkəsdən - “gözü çıxmış qurd qardaşdan” ibrət götürülmədimi?

Ümid edirik ki, müzəffər ordunun Ali Baş Komandanı Dağlıq Qarabağda yaşanan xoşagəlməz olaylardan müfəssəl məlumatlıdır. Dəmir yumruğu yenidən göstərməsə, nə seperatçılar, nə də onların sülhməramlı yengələri ağıllanan deyil. Gözlər yalnız və yalnız onda... (moderator.az)скачать dle 11.3
Mojo.az Banner