Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən hüquq müdafiəçisi Oktay Gülalıyevin xəsarət aldığı qəza ilə bağlı AÇIQLAMA

28.01.2021 19:52 825
DİN-dən hüquq müdafiəçisi Oktay Gülalıyevin xəsarət aldığı qəza ilə bağlı AÇIQLAMA
2019-cu il oktyabrın 29-da hüquq müdafiəçisi Oktay Gülalıyevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü məhkəmənin hökmü ilə 2 il 3 ay azadlıqdan məhrum edildikdən sonra fəaliyyətləri böhtan və təxribat üzərində qurulmuş bəzi şəxslər sosial şəbəkə hesablarında məqsədli şəkildə məsələni yenidən gündəmə daşımağa cəhdlər edir, yalan iddialar irəli sürürlər.

Bu barədə DİN-in açıqlamasında deyilib.

Bildirilib ki, məlum fakta görə başlanılmış cinayət işi üzrə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin peşəkar müstəntiqləri tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri, mütəxəssislərinin əldə etdiyi təkzibolunmaz sübutlar və Ədliyyə Nazirliyinin ixtisaslı əməkdaşlarının apardığı çoxsaylı ekspertizalarla hadisənin məhz sürücünün səhlənkarlığı və diqqətsizliyi səbəbindən baş verdiyi təsdiqlənmiş, nəticələri barədə zərərçəkmişin yaxınları və respublika ictimaiyyəti məlumatlandırılmışdır:

“Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin həkimlərlə mütəmadi telefon əlaqəsi saxlaması barədə səsləndirilən cəfəng fikirlərə gəldikdə isə qeyd etməliyik ki, aidiyyəti əməkdaşlarımız istintaq prosesində həkimlərlə də, ekspertlərlə də, şahidlərlə də əlaqə saxlaya bilər və bu onların qanunla müəyyən edilmiş konkret vəzifə borcudur”.скачать dle 11.3
Mojo.az Banner