Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

“The London Post”: “Azərbaycan ən yaxşı investisiya məkanıdır” - FOTO

28.01.2021 13:35 2 112
“The London Post”: “Azərbaycan ən yaxşı investisiya məkanıdır” - FOTO
Böyük Britaniyanın nüfuzlu “The London Post” qəzeti “Azərbaycan ən yaxşı investisiya məkanıdır” başlıqlı yazı dərc edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının müəllifi olduğu yazıda bildirilir ki, son 15 ildə iqtisadiyyatını üç dəfə böyüdən Azərbaycanın qarşıdakı 10 illikdə bu sektoru daha iki dəfə böyütmə hədəfi var.

“Dünya investisiya hesabatı 2020”də 2014-2019-cu illərdə ən çox birbaşa xarici sərmayə cəlb edən ilk üç keçid ölkəsindən biri kimi qiymətləndirilən Azərbaycan həm də “Doing Business” hesabatında ən islahatçı 10 ölkədən biridir. Regionda dördüncü sənaye inqilabının ilk mərkəzini yaradan və davamlı inkişaf indeksinə görə lider olan Azərbaycanda əlverişli biznes mühiti, təklif edilən özəlləşdirmə gündəliyi və dövlət-özəl əməkdaşlığı imkanları, həmçinin Qarabağda bərpa prosesi yeni investisiya dalğası yaradacaq. Azərbaycanın müəllifi olduğu yeni regional arxitektura, kommunikasiya və iqtisadi əlaqələrin bərpası bölgənin sərmayə cəlbediciliyini artırıb.

Vüsal Qasımlı məqalənin yekununda bildirib ki, dünyada ÜDM-ə nisbətdə ən az xarici borca və ən çox strateji ehtiyatlara, həmçinin sabit valyuta və aşağı inflyasiyaya malik olan Azərbaycanda xarici sərmayələr üçün təşviqlər və qarantiyalar mövcuddur.

“The London Post” qəzetində dərc olunun məqalə ilə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz.

скачать dle 11.3
Mojo.az Banner