Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yaşayan Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqəsinin verilməsi vaxtı uzadılıb

26.01.2021 20:58 837
Bakıda yaşayan Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqəsinin verilməsi vaxtı uzadılıb
Bu il yanvarın 8-dən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitən, itirilən, istifadəyə yararsız hala düşən şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi prosesinin vaxtı uzadılıb.

“Report”un məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Bildirilib ki, şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi fevralın 15-dək Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 130 ünvanında Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən təmin olunacaq.скачать dle 11.3
Mojo.az Banner