Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Qanunsuz ov edənlərdən 100-dən artıq silah götürülüb - AÇIQLAMA

26.01.2021 17:07 879
Qanunsuz ov edənlərdən 100-dən artıq silah götürülüb - AÇIQLAMA
“Azərbaycanda səkkiz ovçuluq təsərrüfatı var ki, orada qanunla müəyyən olunan qaydalar çərçivəsində ovçuluq etmək olar”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, təyin olunan miqdardan artıq ov etmək hansısa heyvan növünün nəslinin tükənməsi deməkdir:

“Xüsusi mühafizə olunan təbiət ərazilərdə isə qanunsuz ov edənlər barədə 31 protokol, 27 akt tərtib olunub

Milli Parklar, qoruq ərazilərində qanun pozuntusuna yol verən şəxslərdən 13 odlu silah götürülüb. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən yerli regional idarələrdə isə 98 protokol, 95 akt və 95 silah götürülüb”.скачать dle 11.3
Mojo.az Banner