Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şuşaya getmək istəyənlərin nəzərinə - Avtobuslar bu rayonlardan çıxacaq

25.01.2021 22:53 753
Şuşaya getmək istəyənlərin nəzərinə - Avtobuslar bu rayonlardan çıxacaq
İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri açılacaq.

Median.Az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova belə deyib.

Onun sözlərinə görə, artıq daşıyıcı şirkətlərin müəyyən edilməsi üçün müsabiqəyə də start verilib: "İlkin mərhələdə avtobus reysləri açılacaq yerlər Horadiz, Suqovuşan, Talışkənd, Cəbrayıl və Zəngilan rayonudur. Şuşa şəhərini biz ikinci mərhələyə salmaq istəyirdik, ancaq oraya getmək istəyənlərin çoxluğunu nəzərə alaraq onu da birinci mərhələyə saldıq. Nəzərdə tutulur ki, Şuşaya Gəncədən, Beyləqandan və Yevlaxdan avtobus xətləri işləsin”.

Sfera.az xatırladır ki, Şuşaya Füzuli rayonu istiqamətindən 4 (bəzi yerlərdə 6) zolaqlı avtomagistralın ("Zəfər yolu”) çəkilişi işləri sürətlə davam edir. Cəmi iki aya yaxın vaxt ərzində yolun yatağı hazır vəziyyətə gətirilib və qrunt döşənib. Bu günlərdə yol xidməti istifadə üçün tam hazır vəziyyətə gətirilib və nəticədə Şuşaya gediş-gəliş xeyli asanlaşıb. Böyük Tağlar, Çanaxçı, Sığnax və Daşaltı kəndlərindən keçən həmin yolla Prezident İlham Əliyev də Şuşaya səfər edib.скачать dle 11.3
Mojo.az Banner