Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qənirə Paşayeva Əliyar Əliyevin qızı ilə görüşdü

25.01.2021 19:32 894
Qənirə Paşayeva Əliyar Əliyevin qızı ilə görüşdü
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Milli Qəhrəman Əliyar Əliyevin qızı Pərvanə Haşımova ilə Milli Məclisdə görüşüb.

Onu tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: "Sizi, Sizin timsalınızda bütün Milli Qəhrəman və şəhid ailələrini torpaqlarımızın düşmən işğalından azad olunması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Qəhrəman Vətən oğullarının fədakarlığı sayəsində xalqımızın 30 illik həsrətinə son qoyulub.

I Qarabağ müharibəsində fədakarlıqla iştirak edib, qəhrəmanlıqlar göstərən Əliyar Əliyevin ruhu bugün şaddır, onun yetirmələri, silahdaşları, doğmaları da Vətən Müharibəsində döyüşdü, qələbəmizə öz xüsusi töhfələrini verdi.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailələrisiz.

Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Q.Paşayeva şəhid Milli Qəhrəmanının qızına Mədəniyyət Komitəsi adından Məktub təqdim edib.

Qəhrəmanın qızı səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.скачать dle 11.3
Mojo.az Banner