Azərbaycana qarşı hərbi cinayətlər törədənlər İnterpola verildi - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 ABŞ Prezidenti: Yaxın Şərqdə böyük münaqişə təhlükəsi yaranıb  |     22:54 Rusiya ordusunda pilotsuz sistemli qoşunlar yaradılır  |     22:49 Azərbaycan ayaqqabı ixrac etməyə başlayıb - VİDEO  |     22:41 Bu küçədə qadağanedici nişan yoxdur, amma sürücülər cərimələnir (VİDEO)  |     22:34 Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir (VİDEO)  |     22:20 Qarabağda Ermənistan istehsalı minalar basdırılıb - Etiraf  |     21:59 Elvin Hüseynov ölkəni tərk edibmiş - RƏSMİ  |     21:46 Attestata görə pul yığan sinif rəhbərinə xəbərdarlıq edildi  |     21:30 "Wikipedia" redaktorları süni intellektə üsyan edir  |     21:24 İki ayda səkkiz nəfər qarpızdan zəhərləndi (RƏSMİ)  |     21:17 QUR "Rusiya günü"ndə Sibirin ən böyük provayderlərindən birini çökdürdü  |     21:12 Bahalı avtomobil nömrəsi almaq adı ilə iş adamının 106 min manatını mənimsədi  |     21:05 Bakıdakı məşhur kafe 3 milyona satışa çıxarıldı (FOTO)  |     20:59 Tibb məntəqəsinin müdiri dələduzluğa görə cərimə edildi  |     20:59 Sabah 37 dərəcə isti olacaq  |     20:53 Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu  |     20:45 Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia  |     20:40 Alim Qasımov rep deməsinə görə onu tənqid edənlərə belə cavab verdi (VİDEO)  |     20:32 Günəşin cənub qütbü ilk dəfə görüntüləndi  |     20:26 Bir kiloqramı 450 manata yerli çay - VİDEO  |    

Azərbaycana qarşı hərbi cinayətlər törədənlər İnterpola verildi - RƏSMİ

2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 39 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 76 cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Kollegiya iclasında bildirilib.

Bildirilib ki, hesabat dövründə respublika ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə yol vermiş şəxslər barəsində, o cümlədən aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən 800-dən çox arayışın verilməsi faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 415 cinayət işi başlanıb ki, bu işlərdən 334-ü karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar prokuror nəzarətinin gücləndirilməsi tədbirlərindən sonra başlanıb.

Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı Baş Prokurorluğun yeni yaradılmış Cinayət təqibindən kənar icraatlar idarəsi və müvafiq rayon prokurorluqları tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, qoruyucu vasitələrdən istifadə etməmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 45 nəfər barəsində inzibati həbs və cərimə tənbehləri seçilib.

Eyni zamanda, sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiyanın yayılması faktları araşdırılmaqla, həqiqəti əks etdirməyən həmin məlumatları ictimailəşdirən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülərək, 2 şəxsə qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilib.

Hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1 182 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 296-sı korrupsiya cinayətləri ilə bağlı olub.

Qeyd edilən dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 90 şəxs barəsində 61 cinayət işinin istintaqı yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1 yanvar 2021-ci il tarixədək ümumilikdə 297 şəxsin Azərbaycan xalqına qarşı müharibə və digər cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            897 25.01.21 17:10