Mojo.az Banner
12:27 "WhatsApp"da başlayan sevgi: 25 yaşlı gənc yeniyetmə qızla münasibətinə görə məhkəməlik oldu - TƏFƏRRÜAT  |     12:00 Azərbaycanda hamilə qadın xərçəngdən vəfat etdi  |     11:45 Azərbaycanda məktəblərdə KÜTLƏVİ YOXLAMALARA başlanıldı  |     11:39 Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edildi  |     23:02 Qriqoryan: Bakı ilə sülh İrəvanın xarici çağırışlara qarşı durma qabiliyyətini artırıb  |     22:49 Yaşlı qadına qarşı təcavüzdə ittiham olunan 26 yaşlı gənc həbs edildi  |     22:48 Tibbi-meteoroloji proqnoz açıqlandı  |     22:45 Azərbaycan kubokunda finalçılar müəyyənıəşdi  |     22:35 Gəncədə baş verən yanğın söndürüldü  |     22:15 Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:04 Azərbaycanın güləşçisi Nihat Məmmədli Avropa çempionatında bürünc medal qazanıb  |     21:52 Brent markalı neftin qiyməti 102 dolları ötüb  |     21:42 Bu gecə Bakıda bu ünvanlarda təmir işlərinə başlanacaq  |     21:40 Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - Video  |     21:05 Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilib  |     21:01 AFFA 3 komandanı texniki məğlubiyyətlə cəzalandırdı  |     20:54 Ukraynaya 90 milyard avroluq kredit ayrıldı  |     20:49 Məşhur reper faşist adlandırıldı - Konsertləri ləğv edilir  |     20:41 Azərbaycan millisinin baş məşqçisi işdən çıxarıldı  |     20:36 Bazarlarda bu məhsullar UCUZLAŞDI - Video  |    
Left Banner
Right Banner

Azərbaycanda karantin rejimini pozan 45 nəfər həbs edilib

05.08.2020 21:35 1 349
Azərbaycanda karantin rejimini pozan 45 nəfər həbs edilib
Koronavirus infeksiyasının respublikamızın ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prokurorluğu da Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqəli şəkildə qarşıya qoyulan vəzifələrin icrasında müntəzəm surətdə iştirak etməkdədir.

Bu barədə prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev bildirib ki, ötən dövr ərzində Şirvan və Naftalan şəhərlərində, Yevlax, Masallı, Goranboy, Hacıqabul, Göygöl və digər rayonlarda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə, aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və müalicə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən cəmi 802 arayışın, tibbi göndəriş vərəqələrinin verilməsi, koronavirus xəstəliyinə tutulmuş şəxslər və digərləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulması, xuliqanlıq, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi və sair əməllərə yol vermiş şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə prokurorluq orqanlarında 32, daxili işlər orqanlarında isə 30 olmaqla cəmi 62 cinayət işi başlanaraq, 45 nəfər barəsində həbs, 6 nəfər barəsində polisin nəzarəti altına vermə, 2 nəfər barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib, 13 nəfər barəsində 7 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 1 iş üzrə 3 şəxs barəsində ittiham hökmü çıxarılıb.

Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 7 nəfər barəsində uzunmüddətli inzibati həbs və cərimə tənbehləri seçilib.скачать dle 11.3
Mojo.az Banner