Mojo.az Banner
23:03 “Oskar” qaydaları dəyişir  |     22:56 Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”  |     22:51 Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA  |     22:37 Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:29 Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə səfər edib?  |     22:23 Sabahın hava proqnozu: 23 dərəcə isti olacaq  |     22:18 Aptekdə yoxlama - Vaxtı keçmiş dərmanlar satılıb  |     22:10 Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs tutuldu  |     22:01 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb  |     21:56 QR kodları nə qədər təhlükəsizdir?  |     21:51 Dünya yeni pandemiyanın astanasındadır? - ÜST-dən açıqlama  |     21:43 Şirkətin ərazisində hasarlama aparan şəxs cəzalandırıldı  |     21:38 İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək  |     21:32 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib  |     21:24 Türkmənistan Ermənistana yanacaq idxal edəcək  |     21:19 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT  |     21:11 Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     21:05 48 il əvvəl çəkilmiş Azərbaycan filmi tapıldı - FOTOLAR  |     21:00 Gəncədə qızqaçırma zamanı 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü - Yenilənib  |     20:53 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - Video  |    
Left Banner
Right Banner

Erməni dilində danışan kəşfiyyatçımız Şuşada nələr edib? - BİR ŞƏHİDİN TALEYİ+VİDEO

23.01.2021 22:30 2 658
Erməni dilində danışan kəşfiyyatçımız Şuşada nələr  edib? -  BİR ŞƏHİDİN TALEYİ+VİDEO
"Telefonla danışanda Tarzan həmişə deyirdi ki, şəhid olsam, nə xoş halıma..."

44 günlük Vətən müharibəsində şəhid olan kəşfiyyatçı gizir Tərzan Haşımovun həyat yoldaşı Mətanət xanım "Report"a müsahibəsində belə deyib.

O bildirir ki, Tərzanın yoxluğuna hələ də inana bilmir.

Döyüş yoldaşları isə söyləyirlər ki, Tərzan erməni dilini mükəmməl bilirdi. Məhz onun sayəsində düşmənin xeyli qüvvəsini pusquya salıb məhv ediblər.

Qeyd edək ki, Tərzan Qəhrəman oğlu Haşımov 1989-cu ildə aprel ayının 13-də Lerik rayonunun Bibiyani kəndində anadan olub. Uşaqlığı doğulduğu Bibiyani kəndində keçib. Tərzan hələ uşaq vaxtlarından vətəninə, elinə çox bağlı olub. 1995-ci ildə Lerik rayon şəhid Mikayıl Qasımov adına Bibiyani kənd natamam orta məktəbin 1-ci sinifinə daxil olub. 2004-cü ildə həmin məktəbin 9-cu sinifini başa vurduqdan sonra Hamarmeşə kənd tam orta məktəbində təhsilini davam etdirib. 2006-cı ildə orta məktəbi bitirib. 2007-ci ilin aprel ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib.

T.Haşımov 2009-cu ilin 15 oktyabrından 2010-cu ilin martın 6-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlıq kursu"nda oxuyub. O, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla kurs yoldaşı olub.

Ailə üzvləri danışır ki, Mübarizin şəhid xəbəri Tərzana çox pis təsir etmişdi və "Ruhun şad olsun, Mübariz, qisasın alınacaq" deyib. Tərzan kursu başa vurduqdan sonra - 2010-cu ilin mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi alıb və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmətini davam etdirib. Daha sonra isə 1-ci Ordu Korpusunun komandirinin 21.11.2010-cu il tarixli əmrinə əsasən, Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmətini davam etdirib.

T.Haşımov 2010-cu il dekabr ayının 28-də Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olunub. Dəfələrlə Turkiyədə paraşütçülük kurslarında iştirak edib.

2011-ci il iyun ayının 8-də kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin əmrinə əsasən, Xüsusi Təyinatlı qrupun kəşfiyyatçısı (radioteleqrafçı) vəzifəsinə təyin olunub. Nümunəvi xidmətinə görə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib.

Nəhayət, 2020-ci ilin sentyabrın 27-də hamı kimi o da Vətən müharibəsinə qatılır. Qəhrəman gizir Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl və Laçın uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Oktyabr 19-da Tərzan 30 nəfərdən ibarət şəxsi heyətlə Qırmızı Bazar uğrunda gedən döyüşlərə qatılıb və 600 nəfər erməni ilə vuruşur. Düşmənə sarsıdıcı zərbələr endirən gizir döyüşdə ağır yaralanıb və xəstəxanaya gətirildiyi zaman oktyabrın 19-dan 20-nə keçən gecə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. T.Haşımov son nəfəsində "həyat yoldaşımı və uşaqlarımı görmək istəyirəm" deyib və gözlərini əbədi yumub.

Şəhid doğulduğu Lerik rayonun Bibiyani kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, T.Haşımov 2015-ci ilin iyun ayında ailə həyatı qurub və 2 azyaşlı qız övladı yadigar qalıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, XTQ giziri, şəhid Tərzan Qəhrəman oğlu Haşımov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunur.

Allah rəhmət eləsin!!!скачать dle 11.3
Mojo.az Banner