22:54 5 ay əvvəl təyin olunan sədr 100 min manatlıq xidməti avtomobil alır  |     22:49 Səhvən 43 il həbs yatdı, azadlığa çıxan kimi həbs edildi  |     22:41 Ürək tutması barədə xəbərdarlıq: Soyuq havalara diqqət!  |     22:36 Biləsuvarda yanğınlar oldu  |     22:27 Ət alarkən bunlara diqqət yetirin - VİDEO  |     22:22 Bu televiziyalara ayrılan vəsait azalır  |     22:16 Şəkərli diabet xəstəliyinin xərclərini icbari tibbi sığorta qarşılayacaq  |     22:08 Daha 4 ünvanda minib-düşmə yeri yaradıldı  |     22:03 Azərbaycanda qadın sahibkarların sayı açıqlandı  |     21:56 “İnsan yeyən” milçək peyda olub - Alimlər həyəcan təbili çalır  |     21:50 Ötən ay karxanada xəsarət alan fəhlə öldü  |     21:42 "Həbsdən qaçış" izləyicilərinə şad xəbər  |     21:37 Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək  |     21:29 Ermənistanın əsirliyində olmuş azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub  |     21:23 DİM sədri Məleykə Abbaszadə hansı xidmətin ödənişli olacağının ANONSUNU VERDİ  |     21:15 Tramp "Binance"ın qurucusunu əfv etdi  |     21:15 5,2 milyon doza dabaq peyvəndi gətiriləcək - MƏBLƏĞ  |     21:10 Xəstəxana rəhbərliyi tərəfindən döyüldüyünü iddia edən işçi barədə TƏBİB-dən AÇIQLAMA  |     21:03 Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi fermerlərdən hədə-qorxu yolu ilə rüşvət tələb edib?  |     20:56 Bakıda şadlıq evindən MEYİT TAPILDI  |    

Bakıda yanvarın 4-də evdən qaçan qız ailəsinə təhvil verildi - RƏSMİ

Yanvarın 4-də itkin düşən və yanvarın 6-da polis əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində tapılaraq Sabunçu Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ramana qəsəbəsində yerləşən “Nur” uşaq sığınacağına yerləşdirilən S.L (şərti ad) ailəsinə təhvil verilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, məsələ komitə tərəfindən araşdırılıb. Araşdırmalar zamanı ailədə 12 yaşlı qızın valideynləri ilə münasibətlərində problemlərin olması müəyyən edilib. Bu səbəbdən də S.L və ailəsi komitənin tövsiyəsi əsasında Nizami Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan psixoloji reabilitasiyaya cəlb olunublar:

“Bu gün dövlət komitəsi və rayon icra hakimiyyətinin nümayəndələri ailə ilə yenidən görüş keçirib. Nəticədə S.L-in doğmaları ilə bir yerdə yaşaması üçün hər hansı bir problemin mövcud olmadığı nəzərə alınaraq o, ailəsinə təhvil verilib. Məsələ müvafiq orqanlar tərəfindən nəzarətdə saxlanılır”-, deyə məlumatda qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            675 21.01.21 17:40