Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xüsusi karantin rejimində summativ qiymətləndirmədə iştirak etməyənləri nə gözləyir?

20.01.2021 14:20 1 962
Xüsusi karantin rejimində summativ qiymətləndirmədə iştirak etməyənləri nə gözləyir?
Təhsil Nazirliyi “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları”nı təsdiq edib.

Qaydalara əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılır.

Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi qiymətləndirmə vasitələrindən istifadə olunur. Qiymətləndirmə 45-60 dəqiqə müddətində təşkil olunur. Bu summativ qiymətləndirmə yarımil qiymətləndirməsi hesab olunur və həmin qiymətlər yarımil qiymətləri kimi götürülür. Bu barədə jurnalda müvafiq qeydiyyat aparılır.

Üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak edə bilməyən təhsilalanın həmin qiymətləndirmə üzrə balı “0” qəbul olunur. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilmədikdə onun üçün müvafiq qiymətləndirmə günündən 1 ay sonra summativ qiymətləndirmə təşkil edilir.

Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericiliyin tələbləri gözlənilməklə əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şəraitin yaradılması təmin olunur. Təkrar qiymətləndirmədə iştirak etməyən şagirdin qiyməti “0” olaraq götürüləcək. Qiymətləndirmə “Microsoft Teams”, “Whatsapp”, “Zoom”, “Skype” tətbiqləri vasitəsi ilə keçirilə bilər.скачать dle 11.3
Mojo.az Banner