Əhaliyə bəd xəbər - Bunlar da bahalaşdı -RəsmiSon Dəqiqə: Əhaliyə bəd xəbər - Bunlar da bahalaşdı -Rəsmi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Skuterlə toqquşan aktrisa İradə Rəşidova xəstəxanaya yerləşdirildi  |     22:55 Vüqarın bu mahnılarına radioda qadağa qoyuldu - VİDEO  |     22:46 Türkiyədə 5.2 maqnitudada zəlzələ baş verib  |     22:41 Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq  |     22:34 Almaniyada kişi avtomobili izdihamın üzərinə sürüb  |     22:28 Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb  |     22:20 Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə  |     22:15 Bayram günlərində paytaxtın qızıl bazarında SON VƏZİYYƏT - VİDEO  |     22:08 İsveçrədə buzlaqlar çökür: Avropanı yeni təhlükə gözləyir  |     22:00 Azərbaycan millisi Latviya yığması ilə heç-heçə etdi  |     21:53 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirildi  |     21:47 Valideynlərdən hədiyyə olaraq zinət əşyası aldığına görə cəzalandırılan müəllimə DANIŞDI  |     21:39 Şəkidə 31 yaşlı kişini ilan sancıb  |     21:33 Ötən gün polis əməkdaşları tərəfindən itkin düşən 4 nəfər tapılıb  |     21:26 Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək  |     21:21 İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT  |     21:12 Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı  |     21:05 Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB  |     21:00 Beşdən çox uşağı olan qadınların sayı açıqlandı - Rayonlar üzrə rəqəmlər  |     20:53 17 il əvvəl vəfat edən mayora şəhid adı veriləcək  |    

Əhaliyə bəd xəbər - Bunlar da bahalaşdı -RəsmiSon Dəqiqə: Əhaliyə bəd xəbər - Bunlar da bahalaşdı -Rəsmi

İqtisadçı: “2021-ci ildə Azərbaycanda inflyasiya yüksək olacaq”

Benzin və dizelin bahalaşması gündəlik tələbat malları və ərzağın qiymətinə də təsir göstərib. Yanvarın 14-dən etibarən Bakının topdansatış bazarlarında bahalaşma müşahidə edilib.

Median.Az
bildirir ki. bu barədə Meydan TV-yə satıcılar məlumat veriblər.

Onların sözlərinə görə, pərakəndə satışda qiymət dəyişikliyi gələn həftənin sonundan hiss olunacaq. Çünki hələlik anbarda qalan məhsullar satışdadır. Bahalaşma daşınma xərclərinin artması ilə izah edilir.

Beləliklə, hazırda topdansatış bazarında kəllə qəndin kiloqramı 20 qəpik, şəkər 10 qəpik, makaron 20 qəpik, qarabaşaq 10 qəpik, duz 5 qəpik, qablaşdırılmış istiot və digər ədviyyatlar 10 qəpik bahalaşıb. 50 kq unun qiyməti 27 manatdan 33 manatadək, 10 kq un 5.50 manatdan 6.10 manatadək artıb. Xırdalan pivələri 11 qəpik bahalaşıb. Gündəlik tələbat mallarından paltar və qab yuyucuların qiymətində 20-50 qəpiyədək artım var. Bundan əlavə, diş məcunları və şampunların qiymətində 15-25 qəpik artım müşahidə edilir. Həmçinin tumlar 10 qəpik bahalaşıb.


Un məhsulları

Mənbə: Meydan TV

Metronun “28 May” stansiyasının yaxınlığındakı topdansatış mağazalarından birində çalışan satıcı deyib ki, gələn ayın əvvəlindən yumurta və toyuq məhsullarının qiymətində də artım olacağı ilə bağlı onlara xəbərdarlıq edilib:

“Çünki xaricdən gətirilən toyuq yemlərinin qiyməti təxminən 35-40 faiz artıb. Yem bahalaşandan bir müddət sonra yerli istehsalda qiymət artımı baş verir”.

Unun bahalaşması çörək məmulatlarının qiymətinə təsirsiz ötüşməyəcək. Bununla belə, hələlik çay və yağ məhsullarının, qablaşdırılmış su və sərinləşdirici içkilərin, eləcə də araq, çaxır və siqaretin qiymətində artım müşahidə edilmir.

Tarif Şurasının qərarı ilə Azərbaycanda yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bununla yanaşı, hökümət süni qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirlərinin həyata keçirildiyini açıqlayıb.


Ət məhsulları

Mənbə: Meydan TV

İqtisadçı Rövşən Ağayev deyir ki, yanacağın qiymətinin artmasından sonra Azərbaycanda məhsulların qiymətinin də artması realdır:

“Hökumət nə qədər təkzib etməyə çalışsa ki, yanacağın qiymətinin artması təsir etməz, yanlışdır, çünki ərzaq istehsalında yanacağın bir payı var. Ərzağın qiymətinin bahalaşması müxtəlif xammalın qiymətinin artmasına, daşınma xərclərinin çoxalmasına da səbəb olur. Bu baxımdan qiymət artımı real idi. Bir məsələ də var, dünyada da ərzaq qiymətlərində artım oldu. Nəzərə alın ki, bizim bazarın 40-45 faizi idxaldan asılı vəziyyətdədir. Yəni bu, təkcə daxili faktorla bağlı deyil, dünyada ərzağın qiymətində artım davam edir. İdxaldan asılı olduğumuz ölkələrdəki vəziyyətdən də irəli gəlir. Sırf yanacağın qiymətinin təsirini görmək üçün hələ tezdir. Bir müddət sonra qiymətlərdəki fərqi daha aydın hiss edəcəyik”.

Rövşən Ağayevin fikrincə, pandemiyanın da dünya iqtisadiyyatına ciddi təsiri var:


Rövşən Ağayev

Mənbə: Facebook

“Kənd təsərrüfatı üçün ciddi problemlər yaradır. Bu baxımından qiymət artımı qlobal iqtisadiyyatın təsirindən asılı olacaq. 2019-2020-ci illərlə müqayisədə 2021-ci ildə qiymət artımının nisbətən yüksək olacağını düşünürəm, çünki büdcənin də böyüməsi məsələsi var. Büdcə xərcləri də artır və pul kütləsinin artımının qarşısı alınmazdır. Bütün bu faktorlar göstərir ki, 2021-ci ildə Azərbaycanda inflyasiya yüksək olacaq”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.//azerforum.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 839 19.01.21 23:06