Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanıldı
Hacıqabul rayonunda qanunsuz ov edən şəxslərdən silah götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 16-da rayonun Muğan qəsəbəsi ərazisində Şirvan şəhər sakinləri - R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunsuz ov etdikləri üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
R.Babayevdən “Kral Arms”, A.Əhmədzadədən isə “Churchill” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.