Mojo.az Banner
18:48 11 milyardı götürüb Dubaya qaçdılar - İddia  |     18:41 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı  |     18:34 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq  |     18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |     13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |    
Mojo.az Avto
Mojo.az Avto

Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq

14.01.2021 23:43 1 572
Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq
Şahmat üzrə "Grand Chess Tour"un təqvimi və iştirakçılarının siyahısı müəyyənləşib.

Median.Az
apasport.az-a istinadən bildirir ki, FİDE beş turniri əhatə edəcək turda 10 qrosmeysterin çıxış edəcəyini açıqlayıb.

İştirakçılardan ikisi Azərbaycan şahmatçısıdır. Bunlar Şəhriyar Məmmədyarovla (2770) Teymur Rəcəbovdur (2765). Yalnız ABŞ və Rusiya ölkəmizlə eyni sayda təmsilçiyə malikdir.

Fabiano Karuana (2823) və Uesli So (2770) şimali amerikalıları, Yan Nepomnyaşi (2789) ilə Aleksandr Qrişuk (2777) qonşularımızı təmsil edəcək. Turda Maksim Vaşye-Laqrav (Fransa, 2784), Dinq Liren (Çin, 2791), Aniş Giri (Niderland, 2764) və son turnirlərdə Teymurun "qapazaltı"sına çevrilən Levon Aronyan (Ermənistan, 2781) mübarizə aparacaq.

Şahmat turu həm klassik, həm də rapid və blitsi əhatə edəcək:
1. 3-15 iyun. Buxarest (Rumıniya). "Superbet Chess Classic"
2. 16-23 iyun. Paris (Fransa). "Paris Rapid & Blitz"
3. 5-12 iyul. Zaqreb (Xorvatiya). "Croatia Rapid & Blitz"
4. 9-16 avqust. Sent-Luis, Missuri (ABŞ). "St Louis Rapid & Blitz"
5. 16-28 avqust. Sent-Luis, Missuri (ABŞ). "Sinquefield Cup"скачать dle 11.3
Mojo.az Banner