Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib

12.01.2021 20:34 825
ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində Füzuli rayonundan sonra Ağdama gedib.

"Report"un məlumatına görə, nümayəndə heyətinin üzvləri Ağdam şəhərində Ermənistanın müharibə cinayətlərinin izlərinə baxıb, ermənilərin 27 il ərzində törətdikləri vandalizmin şahidi olublar.

Əvvəlcə Ağdam məscidinə gələn qonaqlara məlumat verilib ki, digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan edilib və dağıdılıb.

Daha sonra Ağdam Dram Teatrının və Çörək muzeyinin binalarının qalıqlarına baxan nümayəndə heyəti, rayonun işğaldan əvvəlki görüntüləri və tarixi abidələrinin fotoları olan stendlərlə də tanış olublar.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və Azərbaycanın mədəniyyət naziri Anar Kərimov jurnalistlərin suallarını cavablandırıblar.скачать dle 11.3
Mojo.az Banner