Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:53 Kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəb: Alış və satış qiymətlərinə limit təklifi | 19:44 Ucuz kredit vədi ilə bank hesablarını boşaltdılar - 120 nəfər hədəfə alındı | 19:43 Dünyanın ən populyar krossoverləri (SİYAHI) | 19:41 Onlayn ticarətdə qaydalar dəyişir: "Köhnə satıcılar" üçün çətin günlər başlayır | 19:36 Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Adları | 19:19 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı | 19:04 Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdü | 18:55 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman |
Mojo.az Avto
Mojo.az Avto

Bu gün Qusarda daha iki şəhidimiz dəfn olundu (FOTOLAR)

07.01.2021 20:11 1 914
Bu gün Qusarda daha iki şəhidimiz dəfn olundu (FOTOLAR)
İkinci Qarabağ savaşında 30-dan artıq şəhid verən Qusar bu gün daha iki igid oğlunun cənazəsini qəbul edib.

Median.Az xəbər verir ki, döyüşlərdə oktyabrın 27-dən itkin düşən və barələrində o vaxtdan heç bir məlumat olmayan Qusar rayon sakinləri Sarvan Şahbazovun və Rail Ramazanovun bu günlərdə Vətən yolunda şəhid olduqları məlum olub.

Müddətdən artıq hərbi qulluqçular-27 yaşlı Sarvan Əliməhəmməd oğlu Şahbazovun nəşi doğulduğu Gündüzqala kəndinə, 23 yaşlı Rail Arif oğlu Ramazanovun nəşi isə anadan olduğu Hil kəndinə gətirilib.

Rail Ramazanovun dəfn mərasimində Qusar İH, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.

Qusar İH başçısı Şair Alxasov dəfn mərasimində çıxışında bildirib ki, Şəhid Rail Ramazanov Vətənin müstəqilliyi və suverenliyi yolunda igidliklə vuruşub.

Xatırladaq ki, 23 yaşlı Rail Ramazanov iki bacının yeganə qardaşı olub. O ailəsində ilk oğul övladı kimi 17 ildən sonra doğulmuşdu. Subay idi.

Bir uşaq atası olan 27 yaşlı Sarvan Şahbazovun dəfninə də rayon ih-nin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəhbərliyi və sakinlər,ictimaiyyət təmsilçiləri qatılıb.Şəhidin xatirəsinə dualar oxunub,şücaətindən danışılıb. Cənazəsi bükülmüş Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin hərbi qulluqçuları olan Sarvan Şahbazov və Rail Ramazanov Xocavənd-Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə şəhid olublar. Onların şəxsiyyəti DNT analizinin rəyindən sonra tanınıb və ailələrinə təhvil verilib.

Allah hər iki şəhidimizə rəhmət etsin. (modern.az)

Son xəbərlər