Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid ailəsi, qazilər və digər qruplardan olanlara sosial-psixoloji dəstək davam edir

30.12.2020 14:10 927
Şəhid ailəsi, qazilər və digər qruplardan olanlara sosial-psixoloji dəstək davam edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı sosial dəstək tədbirləri davam edir.

Nazirlikdən verilən məlumata görə, bu tədbirlər çərçivəsində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları postmüharibə dövründə həmin kateqoriyalara aid 2247 ailə ilə görüşüb.

Ailə üzvlərindən ehtiyacı olanlara psixoloji dəstək işləri aparılıb, ödənişsiz dərman preparatları verilib. Həmçinin Agentliyin “Onlayn psixoloji dəstək xidməti” (050 406 75 85) tərəfindən 409 zəng üzrə vətəndaşlara dəstək göstərilib.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan, Yevlax və Naftalan Reabilitasiya Müəssisələrində 150 nəfərə sosial-psixoloji xidmətlər göstərilib. Agentliyin mütəxəssisləri həmçinin Bakı Sağlamlıq Mərkəzində müalicə alan 50-dək hərbçi ilə görüşülüb, ehtiyacı olan 17 nəfəri sosial-psixoloji xidmətlərlə təmin edib, Sərhəd Qoşunları Hospitalından 11 hərbçini sosial-psixoloji reabilitasiyaya cəlb ediblər. Uşaq Reabilitasiya Müəssisələrində şəhid və yaralı hərbçilərin 12 uşağına sosial-psixoloji xidmət göstərilir.скачать dle 11.3
Mojo.az Banner