Mojo.az Banner
20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid ailəsi üzvlərinə, yaralanmış hərbçilərə sosial-psixoloji dəstək - FOTO

18.12.2020 20:27 990
Şəhid ailəsi üzvlərinə, yaralanmış hərbçilərə sosial-psixoloji dəstək - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvləri sosial-psixoloji dəstək tədbirləri ilə də əhatə olunub.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlardan ibarət qrupları son bir ayda 1400-dən çox ailə ilə görüşüblər. Onlardan psixodəstək tədbirlərinə ehtiyacı olan ailələr üçün psixokorreksiya işləri üzrə seanslar təşkil olunur. Bir sıra şəxslər ehtiyaclarına uyğun ödənişsiz dərman preparatları ilə təmin ediliblər.

Həmçinin Agentliyin “Onlayn psixoloji dəstək xidməti” (050 406 75 85) tərəfindən 300-ə
yaxın zəng üzrə vətəndaşlara dəstək göstərilib.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax və Naftalan Reabilitasiya Mərkəzlərində isə şəhid ailəsi üzvlərindən, yaralanmış hərbçilərdən, şəhid müharibə iştirakçılarından, onların yaxınlarından ibarət 125 nəfərə sosial-psixoloji xidmətlər göstərilib.

Şirvan Reabilitasiya Mərkəzində bu kateqoriyalardan olan 12 nəfər uzunmüddətli sosial-psixoloji reabilitasiyaya cəlb olunub. Bakı Sağlamlıq Mərkəzində müalicə alan hərbçilərdən ehtiyac duyan bir qismi də Agentliyin mütəxəssislərindən ibarət qrup tərəfindən sosial-psixoloji xidmətlərlə təmin olunurlar. Agentliyin Uşaq Reabilitasiya Müəssisələrində qeyd edilən kateqoriyalardan olan ailələrdən olan və sosial-psixoloji reabilitasiyaya ehtiyac duyan uşaqlara da müvafiq xidmətlər göstərilir.

скачать dle 11.3
Mojo.az Banner