Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Manatın xarici valyutalara qarşı dəyəri ilə bağlı AÇIQLAMA

22.12.2020 15:58 930
Manatın xarici valyutalara qarşı dəyəri ilə bağlı AÇIQLAMA
2021-ci ildə Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı risk olaraq qalır.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, növbəti ildə məzənnə riskinin dərəcəsi dəyərləndirilib.

2020-ci ildə əsas ticarət tərəfdaşlarının valyuta məzənnələrindəki dalğalanmalara, həmçinin, daxili valyuta bazarında xüsusilə mart ayından başlayaraq ayrı-ayrı dövrlərdə manatın məzənnəsinə qarşı təzyiqin artmasına baxmayaraq, cari ildə bazarın yüksək likvidliyi və manatın məzənnəsinin sabitliyi qorunub.

Bu baxımdan, qlobal iqtisadi çağırışlar və mürəkkəb xarici mühit şəraitində ölkədə makroiqtisadi sabitliyin təmin olunması məqsədilə monetar və fiskal siyasətin qarşılıqlı əlaqədə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Əlavə olunub ki, bununla yanaşı, Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır.

Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır.

Digər tərəfdən, dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir.

Bildirilib ki, pandemiyanın hələ də davam etməsi və karantin qaydalarının sərtləşməsi şəraitində antiböhran tədbiri kimi yumşaq pul siyasətinin tətbiqi kredit şərtlərini asanlaşdırmaqla iqtisadi fəallığa stimul verir və valyuta bazarında likvidliyə olan tələbatı təmin etmiş olur.

Lakin hazırda yaşadığımız müstəsna zaman kəsiyində əhalinin məcmu tələbinin əhəmiyyətli dərəcədə aşağı düşməsi valyuta bazarında izafi likvidliyə gətirib çıxarır.

Belə olan halda isə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızlar bazarında aparılan əməliyyatlar valyuta bazarında yarana biləcək təzyiqlərin də qarşısını almış olur.скачать dle 11.3
Mojo.az Banner