Mojo.az Banner
SON DƏQİQƏ
13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Heydər Əliyev Sarayına direktor təyin olundu - FOTO

18.12.2020 14:08 2 757
Heydər Əliyev Sarayına direktor təyin olundu - FOTO
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar artisti Qasımov Ramil Adıgözəl oğlu Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin olunub.

Bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.

Ramil Qasımov 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikası Musiqi Akademiyasında vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirib.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “Siyasi idarəetmə” ixtisası üzrə bitirib. Müxtəlif illərdə ölkədaxili və beynəlxalq səviyyədə orden və medallarla təltif edilib.

Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı solist kimi başlayıb, Həmkarlar İttifaqının sədri və quruluş hissə müdiri kimi fəaliyyət göstərib. 2004-cü ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışıb.

2011-ci ildə Azərbaycan Televiziyasının Musiqi kollektivlərinin bədii rəhbəri, 2012-ci ildə Səsyazma Evinin direktoru vəzifəsində çalışıb.

2015-ci ildə Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru vəzifəsinə təyin edilib. “Mədəniyyət” kanalında fəaliyyətə başladığı müddətdən ölkədə bir çox festivalların, telemüsabiqələrin və verilişlərin (“Bizi birləşdirən mədəniyyət”, “Əbədi Musiqi”, “Ötən illərin nəğmələri”, “Bakı gecələri”, “Mən də əsgərəm”, “Bura vətəndir”, “Romans axşamı!”, Azərbaycan bəstəkarları arasında “Romans müsabiqəsi”, “Xalq mahnıları” festivalı, “Orqan beynəlxalq musiqisi” festivalı, “Azərbaycan vokalçıları” festival, “Milli nəfəs alətləri” festivalı) təşkilatçısı olub.

R.Qasımov Mədəniyyət kanalının təşkilatçılığı ilə keçirilən müxtəlif yaradıcılıq gecələrinin, müxtəlif tele-musiqili tamaşaların, “Məhsəti” operasının və Milli qəhrəmanımıza həsr olunan “Mübariz” musiqili tamaşasının təşəbbüskarı və ideya müəllifidir.

Ramil Qasımov 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2016 və 2017-ci illərdə Prezident mükafatlarına layiq görülüb.

Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir.

скачать dle 11.3

Son xəbərlər