Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Xudayarın məşqçisi: “Deyirdi ki, yorulmusan, səsimlə istirahət et”

17.12.2020 20:22 2 352
Xudayarın məşqçisi: “Deyirdi ki, yorulmusan, səsimlə istirahət et”
"Xudayar Yusifzadə tərbiyəsinə və uğurlarına görə sayılıb-seçilən idmançılarımızdan olub. Altı il - 2012 - 2018-ci illərdə zalımızda məşq edib. Yerli yarışlarla yanaşı, bir sıra beynəlxalq turnirlərdə də qızıl medal qazanıb”.

Bu fikirləri "Report”a açıqlamasında şəhid Xudayar Yusifzadənin məşqçisi, "Orion” İdman Klubunun kikboksinq bölməsinin baş məşqçisi Müşfiq Hüseynov deyib.

Mütəxəssis Yusifzadənin əsasən 70 kq çəki dərəcəsində müəyyən nailiyyətlərə imza atdığını diqqətə çatdırıb:

"Xudayar ölkədaxili turnirlərlə yanaşı, beynəlxalq yarışlarda da uğurla çıxış edib. O, İranda Asiya çempionu olub, dünya çempionatında isə bürünc medal qazanıb. Yeniyetmələr arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş Dünya Kubokunun da qalibi olub. Tələbəm Gürcüstan və Türkiyədəki beynəlxalq yarışlarda da yaxşı nəticələr göstərib”.

Mütəxəssis şəhid olmamamışdan bir gün öncə Xudayar Yusifzadə ilə danışdığını bildirib:

"Mən Zəngilandanam, zəng eləmişdi ki, müəllim, gözünüz aydın, Zəngilanı işğaldan azad etdik, daha məcburi köçkün deyilsiniz. Çox danışdıq, dedi ki, məndən narahat olmayın. Amma növbəti gün Ağbənd qəsəbəsində qarın nahiyəsindən yaralandı. Sonra isə mövqeyini dəyişən zaman boğazının şah damarından vuruldu. Azərbaycan Kikboksinq Federasiyasinda Şəhid Xudayar Yusifzadənin məşq etdiyi klub bu gün Şəhidimizin adını daşıyır”.

Hüseynov idmançının iki il əvvəl Sərhəd Qoşunlarında xidmətə başlaması səbəbindən aktiv idmanı buraxdığını söyləyib. Onun sözlərinə görə, Yusifzadə məşq vaxtı da mahnılar ifa edib:

"Hərdən deyirdi ki, müəllim, yorulmusan, səsimlə istirahət et”.

Məşqçi "Xudayar təsnifi”ni daha əvvəl də şəhidin dilindən eşitdiyini deyib:

"Videoda görəndə isə kövrəldim. Xudayar Qarabağ şikəstəsini də yaxşı oxuyurdu”.

Xudayar Yusifzadənin xalası oğlu Raqub Kərimli də kikboksinqlə məşğul olur. O, Yusifzadənin hər zaman deyib-gülən insan olduğunu vurğulayıb:

"Onunla məşqlərimiz yaxşı əhval-ruhiyyədə olurdu. Demək olar ki, günümüz birlikdə keçirdi. Məşqlərdə də hamıdan yaxşı olmağa çalışırdı, çox çalışqan idi. Hərdən öz aramızda praktiki məşqlər edirdik. Bu vaxtdan sonra qazandığım bütün uğurları ona həsr edəcəyəm. Xudayar daim bizim qəlbimizdə yaşayacaq”.

Yusifzadənin yaxın məşq yoldaşlarından Yaqub Abışov onunla yaxşı münasibətinin olduğunu söyləyib:

"Xudayar tək mənim üçün yox, bütün idmançılar üçün doğma idi. Xətrini istəməyən tapılmazdı. 5-6 il idi ki, onunla dostluq edirdim. Çox yaxşı idmançı idi. Ölkə xaricindəki yarışlarda, Türkiyədə, İranda uğurlar qazanırdı. Mahnını isə harada istəsə, orada oxuyardı. Əvvəldən musiqiyə həvəsi olub. Məşq zamanı da çoxlu ifalar edirdi. Sparinqlərdə də zarafatından qalmırdı”.

Son xəbərlər