Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğu bağlanır
Rusiya Federasiyasının Nyu-Yorkdakı Baş Konsulluğu ABŞ-da COVID-19-un yayılması səbəbindən yaranan əlverişsiz epidemioloji vəziyyətə görə 2020-ci ilin sonuna qədər fəaliyyətini dayandıracağını açıqlayıb.
Bu barədə qurumun “Twitter” səhifəsində yazılıb.
“Epidemioloji vəziyyətin kəskinləşməsi səbəbindən Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğu bu ilin sonunadək karantin üçün müvəqqəti olaraq bağlanacaq. Əvvəllər müəyyən olunmuş vaxtda görüş təyin edən ziyarətçilər iş bərpa edildikdən sonra prioritetə uyğun qaydada qəbul ediləcəklər”, - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, ABŞ-da 16 295 714 nəfərdə koronavirus aşkar edilib. Ölkə həm yoluxma həm də ölüm (302 762 nəfər) sayına görə dünya dövlətləri arasında birinci yerdədir.