Mojo.az Banner
22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-da “Ştatlar Birliyi” yaradılacaq?

12.12.2020 13:33 1 503
ABŞ-da “Ştatlar Birliyi” yaradılacaq?
ABŞ-ın Texas ştatında respublikaçılar partiyasının sədri Allen Uest ABŞ Ali Məhkəməsinin 3 noyabr seçkilərinin nəticələrini nəzərdən keçirmək iddiasını rədd etmə qərarına cavab olaraq, ölkə konstitusiyasının prinsiplərinə riayət edəcək “Dövlətlər Birliyi”nin qurulmasını təklif edib.

TASS xəbər verir ki, bu barədə bəyanat partiyanın rəsmi saytında yayımlanıb.

Onun sözlərinə görə, Texasın Corciya, Miçiqan, Pensilvaniya və Viskonsinə qarşı iddiasını rədd edən Ali Məhkəmənin qərarı bəzi ştatların ABŞ konstitusiyasını pozmasına və bunun üçün məsuliyyət daşımamasına imkan verən təhlükəli bir vəziyyət yaradır.

“Ali Məhkəmə, 17 əyalət və 106 ABŞ konqresmeninin dəstəklədiyi Texas iddiasını rədd edərək, istənilən ştatın konstitusiyaya zidd hərəkətlər edib, öz seçki qanunlarını poza bilməsinə qərar verib”, - deyə o bildirib.

A.Uest qeyd edib ki, bəlkə də qanuna tabe olan dövlətlər bir araya gələrək konstitusiyaya sadiq qalan “Ştatlar Birliyi”ni yaratmalıdırlar.

Texaslı respublikaçıların başçısının sözləri artıq ictimaiyyət və media tərəfindən birmənalı qarşılanmayıb və reaksiyalara səbəb olub.скачать dle 11.3
Mojo.az Banner