Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

ƏHALİNİN NƏZƏRİNƏ: Sabah bu ərazilərdə 2 gün qaz olmayacaq-Mütləq baxın, bu sizin ərazi ola bilər!

11.12.2020 21:18 1 829
ƏHALİNİN NƏZƏRİNƏ: Sabah bu ərazilərdə 2 gün qaz olmayacaq-Mütləq baxın, bu sizin ərazi ola bilər!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Qaz İxrac” idarəsi diametri 1 200 mm olan ‘Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərində 2 gün ərzində (12-13 dekabır tarixlərində) təmir işlərinin aparılmasını nəzərdə tutub.

Bu barədə Azerforum.com-a SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, kəmərin 332 və 335-ci kilometirliyində karoziyaya uğramış 120 metrlik hissənin bərpadan sonra mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.

Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq.

Bununla yanaşı, "Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq "Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur. Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə, "Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin 339-423-cü kilometirliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.

Xatırladaq ki, kəmərdə təmir işlərinin aparılması 28-29 noyabr tarixlərinə planlaşdırılsa da, sonradan təxirə salınmışdı.скачать dle 11.3
Mojo.az Banner