Mojo.az Banner
14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəzi rayonlarda təbii qaz təhcizatında məhdudiyyət olacaq

28.11.2020 14:11 885
Bəzi rayonlarda təbii qaz təhcizatında məhdudiyyət olacaq
Bəzi rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, diametri 1200 millimetr olan “Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərində Qaz İxrac İdarəsi iki gün ərzində təmir işləri aparacaq. Kəmərin 332-ci və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin noyabrın 28-i və 29-u tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.

Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, “Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq “Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur.

Xaçmaz Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin 339-423-cü kilometrliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.скачать dle 11.3
Mojo.az Banner