Mojo.az Banner
14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     13:15 “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq  |     13:14 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu (Yenilənib)  |     13:11 Azərbaycan neftinin qiyməti 131 dolları keçdi  |     13:06 Panamada daha bir güclü zəlzələ: Prezident xalqa müraciət etdi  |     13:03 Qusarda qonşusunu telefonla çəkən qadın döyüldü  |     12:44 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekspert: “Rüşvətxor məmurlar cəzanın ən sərt üzünü görməlidirlər”

09.12.2020 18:33 780
Ekspert: “Rüşvətxor məmurlar cəzanın ən sərt üzünü görməlidirlər”
“Biz Vətən müharibəsindən qalib çıxmış ölkəyik. Hələ də məmurların rüşvət alması məsələsi ilə bağlı məlumatların yayılmasına təəssüflənirəm”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, qanun hər kəs üçün eynidir:

“Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində istintaq işlər aparılır. Qanun bütün gücü ilə işləməlidir. Hüquq-mühafizə orqanları müvafiq araşdırmalarını davam etdirir. Kim hansı əməli törədibsə, məsuliyyətə cəlb edilib, cəzasını da almalıdır.

Məmurlar tərəfindən rüşvət alması dövlətin qanunlarına hörmətsizlikdir. Prezident İlham Əliyevin apardığı siyasətin məzmununu qavramamağın nəticəsidir”.

“Korrupsiya hallarına yol verən məmurun aşkarlanması və məsuliyyətə cəlb edilməsi alqışlanmalıdır. Onlar bilməlidir ki, cəzadan kənarda qala bilməzlər. Kimliyindən asılı olmayaraq qanun hər kəs üçündür.

Bu həm də digər yüksək rütbəli məmurlar üçün xəbərdarlıq olmalıdır. Bundan lazım olan nəticəni çıxarsınlar. Əgər hansısa məmur köhnə alətlərindən, yəni rüşvət almaqdan əl çəkmirsə, onları bağışlamaq olmaz. İstənilən baş vermiş əməllər ciddi araşdırılmalıdır. Cəzanın ən sərt üzünü görməlidirlər”, - deyə o bildirib.скачать dle 11.3
Mojo.az Banner