Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq Olimpiya Komitəsi Lukaşenkoya qadağa qoydu

07.12.2020 23:30 1 447
Beynəlxalq Olimpiya Komitəsi Lukaşenkoya qadağa qoydu
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Belarus prezidenti Aleksandr Lukaşenkonun Olimpiya Oyunları və qurumun bayrağı altındakı digər tədbirlərdə iştirakına müvəqqəti qadağa qoyub.

"Report"un məlumatına görə, bu barədə IOC prezidenti Tomas Bax mətbuat konfransında açıqlama verib. O, Belarus Milli Olimpiya Komitəsinin (MOK) hazırkı rəhbərliyinin addımlarının Olimpiya Xartiyasının başlıca prinsiplərinə zidd olduğunu və Olimpiya hərəkatının nüfuzuna ciddi təsir etdiyini vurğulayıb.

Qadağalar eyni zamanda Belarus MOK-un prezidenti postunu tutan Aleksandr Lukaşenkoya, onun bu qurumdakı vitse-prezidenti olan oğlu Viktor Lukaşenko və İcraiyyə Komitəsinin üzvü Dmitri Baskova şamil edilib.

IOC belə qənaətə gəlib ki, Belarus MOK-un rəhbərliyi ölkə idmançılarını siyasi ayrıseçkilikdən kifayət qədər qorumur.

Eyni zamanda, idmançıların Tokio-2020 Yay və Pekin-2022 Qış Olimpiya Oyunlarına hazırkığı üçün vəsait istisna olmaqla, Belarus MOK-un bütün maliyyələşməsi dondurulub. İdman təhsili proqramları Belarus MOK-u vasitəsilə yox, birbaşa IOC tərəfindən maliyyələşdiriləcək.
скачать dle 11.3
Mojo.az Banner