Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı

02.07.2019 15:38 4 109
Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Belarus Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.

Prezident İlham Əliyev Belarus Prezidentini ikinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və Belarus idmançılarının bu yarışlarda qazandığı uğurlar münasibətilə təbrik edib.

Dövlətimizin başçısı, eyni zamanda, Aleksandr Lukaşenkoya Belarus Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb, Belarus xalqına tərəqqi və firavanlıq arzulayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko təbriklərə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Son xəbərlər