Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Mərkəzi Bank çek ilə ödəniş sisteminin qurulması işlərinə start verib

26.11.2020 18:44 1 896
Mərkəzi Bank çek ilə ödəniş sisteminin qurulması işlərinə start verib
“Çeklərlə hesablaşma modelinin tətbiqi ilə təsərrüfat subyektlərinin hesabında vəsait olmasa belə, gələcək tarixə ödəniş öhdəliyi götürməklə mal və ya xidmət ala bilərlər. Modelin ölkəmizdə tətbiqi məqsədilə Türkiyə təcrübəsi tərəfimizdən yaxından araşdırılıb”.

Mərkəzi Bankdan Oxu.Az-a verilən açıqlamada çek (qəbz) ilə ödəniş sisteminin Mərkəzi Bank tərəfindən tənzimlənməsi prosesi və sistemin tətbiqi haqda məlumat verilib.

Bildirilib ki, çekin özünəməxsus xüsusiyyətləri ilə fərqlənən Türkiyə modelində çeklə ticarətin maliyyələşdirilməsi aləti kimi aktiv istifadə edilir. Bununla da təsərrüfat subyektləri mal və xidmətlərin alışı zamanı hesabında vəsait olmasa belə, gələcək tarixə ödəniş öhdəliyi götürməklə mal və ya xidmət ala bilərlər. Bu isə birbaşa iqtisadi aktivliyi dəstəkləməklə yanaşı, dövriyyələrdə nağd puldan istifadə zəruriliyini azaldır. İstifadəsinin asanlığı bu aləti həm alıcı, həm də satıcı iqtisadi subyekt üçün maraqlı edir.

Əlavə edilib ki, anoloji təcrübənin ölkəyə gətirilməsi istiqamətində aktiv iş aparılır. Bu mexanizmin ölkəmizdə tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət dövriyyəsinin artmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, sahibkarlar tərəfindən gələcək valyutalaşma tarixində ödənişlərin həyata keçirilməsi, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq.

Qeyd edilib ki, hazırda Mərkəzi Bank tərəfindən elektron çek infrastrukturun qurulması layihəsinə start verilib. Layihənin ən müasir texnologiya və funksional imkanlara malik platformada qurulması nəzərdə tutulub. Eyni zamanda, elektron çeklərlə hesablaşmalarda münasibətləri tənzimləmək məqsədilə müvafiq hüquqi bazanın yaradılması istiqamətində də işlər aparılmaqdadır. Layihə reallaşdıqca gedişi barədə ətraflı məlumat veriləcək.скачать dle 11.3
Mojo.az Banner