16:37 Nizami polisindən ƏMƏLİYYAT - İki nəfər 66 kiloqram narkotiklə tutuldu - Video  |     15:41 Ermənistan vətəndaşlarının məhkəməsində Tovuz döyüşlərindən sonra çəkilmiş videomaterial nümayiş etdirilib  |     15:39 Bakıda iki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi  |     15:34 Sumqayıtda "Land Rover" parklanmış üç maşını vurub aşdı  |     15:22 İlham Əliyev İslam Rzayevi vəzifəsindən azad etdi  |     15:01 Qabil, Tural, Məhəmməd Bakıya gətirilir  |     14:27 Ermənistan Qarabağ ermənilərinə görə 250 milyon dollar aldı  |     14:21 Naxçıvanda hasar uçub: Ölən var  |     13:46 Tanınmış dilçi alim vəfat etdi  |     13:40 Azərbaycan Qəzzada missiyaya qoşulmaq üçün ABŞ-nin sorğusunu nəzərdən keçirir  |     13:32 DTX-dən "Hurriyyet TV"də əməliyyat: Vüqar Məmmədov saxlanıldı (Yenilənib)  |     13:15 Sabah hava yağmursuz olacaq  |     13:11 DTX tərəfindən saxlanılan icra başçısının qızı hakimdir - FOTO  |     12:59 “Gmail” hesabı olanlara - Xəbərdarlıq  |     12:57 Luvrdan oğurluq işi üzrə beş nəfər saxlanıldı (Yenilənib)  |     12:45 “İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”  |     12:44 Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb- FOTO  |     12:22 Sumqayıtda 500 abonentin qazı kəsiləcək  |     12:18 Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindiriliblər  |     12:01 DTX Balakəndə əməliyyat keçirir: İcra başçısı saxlanıldı - FOTO  |    

XİN: Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

Öncə qeyd etmək istərdik ki, Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb. Azərbaycan Respublikasının Fransadakı Səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər.

Bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində yer alıb.

Vurğulamaq istərdik ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir.

Əlbəttə, onun da qeyd etməliyik ki, Fransa Respublikasının münaqişənin həlli ilə bağlı rəsmi mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. Fransanın Avropa və Xarici İşlər üzrə Nazirliyinin Senatda keçirilən müzakirələrdə çıxış edən dövlət katibi də rəsmi mövqeyi çıxışında ifadə etdi.

Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            855 25.11.20 22:21