Mojo.az Banner
12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ombudsman beynəlxalq ictimaiyyətə müraciət etdi - VİDEO

19.11.2020 14:10 1 149
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət etdi - VİDEO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsman Səbinə Əliyeva beynəlxalq ictimaiyyətə müraciət edib.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

“Bu, Azərbaycan üçün, eləcə də bütün region üçün tarixi bir andır. Ermənistan-Azərbaycan münaqişəsinə hər iki ölkənin imzaladığı bəyanatla son qoyulub. Bu bəyanat tarixi əhəmiyyət daşıyır. Bəyanat Azərbaycan ərazilərinin 30 ildir davam edən işğalına son qoydu və regionumuza çoxdandır gözlənilən sülh və sabitlik gətirdi.

Öz torpaqlarından zorla çıxarılaraq məcburi köçkünə çevrilmiş bir milyona yaxın insan artıq doğma yurduna qayıda biləcək. Biz şadıq ki, onların hüquqları təmin ediləcək.
Azərbaycan Silahlı Qüvvələri beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində əks-hücum əməliyyatı həyata keçirdi və beynəlxalq hüquqa uyğun olaraq işğal altındakı torpaqları azad etdi”, - deyə müraciətdə qeyd olunub.

Bildirilib ki, bir çox insan, o cümlədən mülki şəxslər həyatını itirib. Təəssüf ki, bu hər hansı müharibədə qaçılmaz nəticədir və hərbi əməliyyat ən son tədbir kimi tətbiq edilməlidir.

Azərbaycan da 30 ilə yaxın müddət ərzində gözləyib ki, Ermənistan BMT tərəfindən qəbul olunmuş əlaqədar sənədləri icra etsin və məcburi köçkünlərin insan hüquqları bərpa olunsun. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə hər hansı bir addım atılmayıb.

“Həmin şəxslərin insan hüquqlarına və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə tamamilə etinasız yanaşılıb.

Beynəlxalq sənədlər kağız parçası olaraq qalmamalı, onlara hörmət edilməklə yerinə yetirilməlidir. Beynəlxalq hüquq və beynəlxalq sənədlərə hörmətsizlik dünyanı yalnız xaosa sürükləyə bilər.

Biz bu müddət ərzində Azərbaycanın müxtəlif regionlarında həyatını itirən mülki şəxslərə görə çox təəssüf edirik. Onların döyüşlərlə hər hansı əlaqəsi yox idi və münaqişə zonasından uzaqda yaşayırdılar. Buna baxmayaraq, onlar öz evlərində ballistik raketlərlə hədəfə alındılar.

Çox təəssüf ki, ölən və yaralanan mülki şəxslər arasında bir çox uşaq, qadın, ahıl insanlar da var. Mülki əhali döyüşlər zamanı hədəf seçilməməlidir. Bu, həm də beynəlxalq humanitar hüququn tələbidir”, - deyə müraciətdə vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Dağlıq Qarabağda yaşayan bütün şəxslərin insan hüquqlarına hörmət edir və heç kəsi zorla yerindən çıxarmayıb:

“Biz insan hüquqları və sülh naminə bütün müvafiq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və insan hüquqları təsisatları ilə əməkdaşlığımızı davam etdirəcəyik.

Qarabağ Azərbaycandır!”скачать dle 11.3
Mojo.az Banner