Mojo.az Banner
11:38 Hikmət Hacıyev rumıniyalı həmkarı ilə görüşdü: Strateji tərəfdaşlıq məsələləri müzakirə edildi  |     11:36 Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR  |     11:31 Dünya çempionatları tarixində İLK: Vaxt uzatmağa görə künc zərbəsi təyin edildi  |     11:16 33 il əvvəl qətl törədən şəxs Almaniyadan Azərbaycana gətirildi  |     11:02 Evlənənlər boşananlardan çoxdur  |     23:02 Türkiyədə bu dağ 2000 ildən çoxdur yanır: Alimlər səbəbi açıqladı  |     22:55 Vəziyyət kritikdir: Avropanın ən böyük avtomobil istehsalçısı bağlana bilər  |     22:50 Bakıda şirkət tibbi tullantılara görə külli miqdarda cərimələndi  |     22:43 "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub  |     22:37 "Balakən Yaşıllıq Təsərrüfatı Sahəsi"ndə oğurluq - Keçmiş işçisi törədib  |     22:30 FHN "Ofisait"da pozuntular aşkarladı, cərimə etdi  |     22:25 Antibiotiklər bağırsağa nə edir və onlardan sonra probiotik içmək lazımdırmı?  |     22:20 Azərbaycanda bu şəxslər 20 illik gəlir vergisindən azad edilir  |     22:12 Bu il mağazalarda nə qədər pul xərcləmişik? - CƏDVƏL  |     22:01 Qəbul imtahanında 690 bal toplamış abituriyent: "Ölkə birincisi olmaq hissini necə ifadə edim, bilmirəm"  |     21:59 Bakıda binanın üstündə ev tikilib - İcazəni hansı qurum verib? (VİDEO)  |     21:28 İran ABŞ və İsraillə müharibədə təyyarələrini bu yolla qoruyubmuş  |     21:14 Trampdan İrana sərt XƏBƏRDARLIQ: "60 gün ərzində razılaşmasaq, yenidən bombalayacağıq"  |     21:07 “Real Madrid” Bernardu Silvanın transferini rəsmən açıqladı  |     21:06 Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - Video  |    
Left Banner
Right Banner

Semyon Uralov: “Paşinyan heç olmasa çox sayda insanın ölümünə görə mühakimə edilməlidir" - MÜSAHİBƏ

17.11.2020 21:17 3 057
Semyon Uralov: “Paşinyan heç olmasa çox sayda insanın ölümünə görə mühakimə edilməlidir
“Mən heç vaxt Azərbaycanda olmamışam, ancaq Ermənistanda olmuşam. Burada mənimlə Qarabağ münaqişəsi barədə danışmağa çalışdılar. Mən həmişə vəziyyətə qarşı tərəfin gözü ilə baxmağı təklif etdim. Azərbaycan SSR məğlub oldu. Bakıda ittifaq mərkəzinin köməyinə ümid edirdilər, İrəvan isə Sovet İttifaqından çıxmaq yolunu tutdu. İndi Ermənistan milli alçalmanı yaşayır, vəziyyət kökündən dəyişib”.

Bu sözləri Media.Az-a müsahibəsində rusiyalı politoloq, SONAR-2050 analitik layihəsinin şef-redaktoru Semyon Uralov deyib.

“Rusiyada ümid edirlər ki, mövcud atəşkəs uzunmüddətli bir sülh olacaq və yeni müharibə mərhələsinə keçməyəcək. İndi nə baş verdi? “Kazan formulu” və “Madrid prinsipləri” üzrə razılaşmaların həyata keçirilməsi yalnız hərbi yolla mümkün oldu. Bununla yanaşı, Azərbaycan yalnız yeddi rayonu deyil, həm də Şuşanı, Hadrutu və Qarabağın dağlıq hissəsindəki digər yaşayış məntəqələrini də azad etdi. Eni beş kilometr olan Laçın dəhlizi saxlanılır və Zəngəzur vasitəsilə “kontinental” Azərbaycanla Naxçıvan arasında dəhliz açılır.

Ermənistanda böhrandır, çox sayda bəyanatlar, qışqırıqlar və fəryadlar eşidiləcək. Lakin buna diqqət yetirməyin bir anlamı yoxdur. Razılaşmaların yerinə yetirilməsinin əsas qarantı Rusiyadır. Ermənistan əhalisinin yarısı olmasa da, ən azı üçdə biri bizim ərazimizdə yaşayır. Azərbaycanlılar da çoxdur. Rusiyada Azərbaycan və erməni əsilli artistlər, alimlər, oliqarxlar var. Xalqlarımız yüzillərdir bir-biri ilə inteqrasiya olunub. Bütün bunlar yekun həllə kömək edəcək”, - deyə ekspert bildirib.

Ekspert həmçinin Nikol Paşinyanın son günlər yenidən Qarabağın müstəqilliyinin tanınması ilə bağlı köhnə ritorikasına qayıtması barədə sualı da cavablandırıb:
“Bu, hər zaman erməni tərəfinə işarə etdiyim şizofreniyadır. Özün etmədiyini başqalarından tələb etmək olmaz. Ermənistanın qəti bir mövqeyi yoxdur, bu səbəbdən də Paşinyan kimi Sorosun tör-töküntülərinin hakimiyyətə gəlməsi mümkün olur. Bakıda Ermənistanın baş nazirinə tamamilə düzgün qiymət verildi. Qafqazda öz sözlərinə görə cavab vermək lazımdır, Nikol Paşinyan isə zəiflik və iradəsizlik üzündən öz sözlərinə görə cavab vermir. Şəxsi fikrim budur ki, Paşinyan heç olmasa çox sayda insanın ölümündə günahkar olduğuna görə mühakimə olunmalıdır”.скачать dle 11.3
Mojo.az Banner