Xocavənd uğrunda döyüşlərdə həlak olmuş şəhidin ailəsinin mənzil və sosial problemləri həll olundu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:58 İyunun 30-dan Rusiyaya giriş qaydaları dəyişir  |     16:55 18 yaşlı əsgərin ölməsi faktı üzrə CİNAYƏT İŞİ BAŞLANILDI  |     16:33 Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olub  |     15:52 Salyanda qızı qaçıranlar onun atasının başını yardılar  |     15:22 Şəmkirdə 29 yaşlı oğlanı elektrik cərəyanı vurub  |     14:40 Malayziyada dəhşətli qəza: Xeyli sayda tələbə həlak oldu  |     13:58 NBA final seriyasında ümumi hesab bərabərləşdi  |     12:56 Sabah bu ərazilərə yağış yağacaq  |     12:47 Volodimir Zelenski: "Biz Vladimir Putini Donald Trampdan daha yaxşı tanıyırıq"  |     12:22 Həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb  |     12:20 Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılıb  |     12:19 "Real" 16 yaşlı futbolçunu transfer edəcək  |     12:19 Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib  |     12:19 Dünya bazarlarında neft ucuzlaşıb  |     12:17 Rusiya şəhərinin meri rüşvət almaqda şübhəli bilinərək SAXLANILDI  |     12:16 Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"  |     12:14 Bakıda orta aylıq əməkhaqqı doqquz faizdən çox artıb  |     12:13 Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxslə bağlı QƏRAR  |     12:12 Hind okeanının cənubunda GÜCLÜ ZƏLZƏLƏLƏR davam edir  |     12:11 Abituriyentlərin NƏZƏRİNƏ: İkinci cəhd imtahanı ilə bağlı qeydiyyatın vaxtı UZADILDI  |    

Xocavənd uğrunda döyüşlərdə həlak olmuş şəhidin ailəsinin mənzil və sosial problemləri həll olundu - FOTO

Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Alışov Samir Cəlil oğlunun ailəsinin (Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi) çətin maddi durumu, ağır yaşayış şəraiti ilə bağlı sosial şəbəkə istifadəçilərindən birinin qeyd etdiyi məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhidin ailəsi ilə görüşüb, vəziyyətləri ilə yerindəcə tanış olublar.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirlik möhtəşəm Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanımızın ailəsinin yaşayış şəraitinin ağırlığını nəzərə alaraq, sosial tərəfdaşların dəstəyi ilə həmin ailə üçün yaxın günlərdə üçotaqlı fərdi yaşayış evinin tikilməsini qərara alıb.

Şəhidin hər iki valideyni (atası Alışov Cəlil Əliisgəndər oğlu, anası Alışova Məhluqə Tufanəli qızı) işsiz olduğundan özünüməşğulluq proqramına cəlb ediliblər. Proqram çərçivəsində ailəyə seçdiyi kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat yaradılacaq.

Həmçinin, şəhidin 14 və 11 yaşlarında iki qardaşından birinin sağlamlıq durumu ilə bağlı sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsinə ehtiyac var. Lakin valideynlərin məlumatsızlığından bununla bağlı indiyədək müraciət etməyiblər. Ona görə də əməkdaşlarımız ailəyə bu istiqamətdə də dəstək göstərəcək. Həkim rəyi alınmaqla rayon səhiyyə müəssisəsi ilə birgə bu yöndə iş aparılacaq.

Zəruri sənədləşdirmə aparıldıqdan sonra ailəyə Prezidentin aylıq təqaüdü və müavinətlər də təyin olunacaq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            795 17.11.20 20:38